Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV SEYRƏNGAHI CƏLİLABADLILARIN SEVİMLİ İSTİRAHƏT YERİDİR

HEYDƏR ƏLİYEV SEYRƏNGAHI CƏLİLABADLILARIN SEVİMLİ İSTİRAHƏT YERİDİR

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 7-də Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev seyrəngahı ilə tanış olmuşdur.

Beş hektar sahədə yerləşən seyrəngahda süni göl, fəvvarə, pilləli şəlalə yaradılmışdır, uşaq-əyləncə mərkəzi və beş istirahət kotteci də vardır. Burada üçmərtəbəli hotel, kafe, çayxana, yeməkxana fəaliyyət göstərir. Bu obyektlərdə 40 nəfər işlə təmin olunmuşdur.

Dövlətimizin başçısı seyrəngahda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

MİRAĞA SALMANOV (sakin): Cənab Prezident, Sizin keçən gəlişinizdən ötən bir ildə Cəlilabad simasını o qədər dəyişib ki, tanınmaz olubdur. Bunların hamısını bizə Siz bəxş etmisiniz. Sizin sayənizdə bunlara nail olmuşuq, cənab Prezident.

Cəlilabadda quruculuq işləri göz qabağındadır. Sizin keçənilki tapşırığınıza əsasən Yardımlı-Cəlilabad yolu çəkilibdir. Bu yolun üstündə 60 kənd var. Cənab Prezident, keçmişdən belə bir adət var, deyirlər ki, yol çəkənin atasına rəhmət! Allah Sizin atanıza qəni-qəni rəhmət eləsin. 1998-ci ildə mənə ulu öndərlə görüşmək nəsib olmuşdur. Bu gün də Sizin o nurlu simanızı görürəm. Vallah, mən səmimi adamam, hamı başa düşür, həmin nur sizin üzünüzdən yağır. Allah Sizi uca etsin, bəd-nəzərdən qorusun, cənab Prezident!

Cənab Prezident, çox sağ olun, bütün cəlilabadlılar Sizə minnətdarlıq edir ki, indi biz həkim müayinəsindən keçməyə yüz kilometrlərlə yol ölçüb Bakıya yox, Lənkərana gedirik. Amma Sizin sayənizdə xəstəxana yaradılıb, biz daha heç Lənkərana da getməyəcək, elə Cəlilabadda müayinə olunacağıq.

Cənab Prezident, Siz bizim gələcəyimizi düşünürsünüz, uşaqlarımızın qayğısına qalırsınız. Biz çox fəxr edirik ki, belə bir Prezidentimiz var. Elə bil, bu, Allahın bizə bəxş etdiyi bir nemətdir. Hazırda burada da idman kompleksi tikilir, bunlar Azərbaycan xalqının gələcək nəsillərinin sağlamlığına xidmət edəcəkdir. Sizi Olimpiadada da gördük. Biz fəxr etdik, Siz idmançılarımıza ruh verirdiniz.

Cənab Prezident, bu gün Cəlilabadda gedən işləri saymaqla qurtarmaq olmaz. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəblərimiz var. Bu seyrəngahı bizə Siz bəxş etmisiniz. Vaxtilə bura zibillik idi. Siz özünüz də görmüşdünüz. Deyirəm ki, Allah bizə bir 20 il də ömür versin, Sizin bu yaratdığınız cənnətdə biz də yaşayardıq.

İLHAM ƏLİYEV: Sağ olun. Bu inkişafı görəndə mən də çox sevinirəm. Yadımdadır ki, keçən il mən burada olarkən işlər hələ tam başa çatmamışdı, yarımçıq idi. Amma görünürdü ki, gözəl bir seyrəngah olacaqdır. Son bir il ərzində burada çox güclü işlər görülüb. Siz burada yaşayırsınız, görürsünüz, hiss edirsiniz. Mən də vaxtaşırı gəlirəm və görürəm, həm yeni-yeni yollar salınır, işıq dirəkləri qoyulur, binaların xarici görkəmi dəyişir. Gözəl park - Heydər parkı, Heydər Əliyev Muzeyi, bir neçə məktəb tikilib, biz açılışını qeyd elədik. Bu da çox vacibdir. Azərbaycanın gələcək inkişafı üçün mütləq bilikli vətəndaşlar olmalıdır. Uşaqlar yaxşı şəraitdə oxumalıdırlar. Müəllimlər üçün də yaxşı şərait yaradılmalıdır. İndi Olimpiya kompleksi tikilir, yəqin ki, gələn il onun da açılışında iştirak edəcəyəm.

Müalicə-Diaqnostika Mərkəzi tikilir. Əvvəllər biz hər bir bölgədə, hər bir regionda diaqnostika mərkəzinin tikintisinə nail olmuşduq, amma indi bütün rayonlarda yaradılır. Ən yüksək tibbi xidmət göstəriləcəkdir, yəni bu, insanların rahatlığı üçündür. Bütün bu qoyulan investisiyalar - Olimpiya Kompleksi, məktəblər, xəstəxana - bunlar hamısı kommersiya xarakteri daşımır, sadəcə olaraq, insanların daha da yaxşı yaşaması üçündür. Cəlilabad-Yardımlı yolunun tikintisinə də başlamışıq. O vaxt mənə müraciət olunmuşdu ki, belə bir layihə var və bu yola böyük ehtiyac var. Yol tikilib qurtarandan sonra, əminəm ki, kəndlərdə yaşayan insanların həyat səviyyəsi xeyli dərəcədə yaxşılaşacaq, mərkəzi yollarla əlaqə yaxşılaşacaqdır. Bu kəndlərə daha da çox insanlar gedib iş görəcəklər. Müxtəlif biznes imkanları yaranacaqdır.

Yəni bütün bunlar ona görə edilir ki, insanlar daha da yaxşı yaşasınlar. Cəlilabadda həm sənaye potensialı inkişaf edir, - mənə verilən məlumata görə, son dörd ildə sənaye istehsalı iki dəfədən çox, ümumi daxili məhsul iki dəfədən çox artıb, bu, böyük nəticə, böyük nailiyyətdir, - həm də burada işlər böyük zövqlə, səliqə ilə aparılır. Biz görürük ki, bu parklar, burada əkilən ağaclar necə gözəldir. Bu, xüsusi diqqət tələb edir və mən çox şadam ki, burada yerli rəhbərlik də çox fəal işləyir. Əslində, bizim uğurumuzun səbəbi bundadır. Biz düzgün qərarlar qəbul edirik, vəsait ayırırıq, büdcə xərcləri ildən-ilə artır. Yerlərdə bütün fəallar, bütün vəzifəli şəxslər, ictimaiyyət - hərə öz yerində gərək səmərəli işləsin ki, inkişaf daha da sürətlə getsin.

Mən çox şadam ki, Cəlilabadın simasında biz Azərbaycanda son illər ərzində gedən işlərin nəticələrini görürük. Siz də bunu görürsünüz. Siz burada yaşayırsınız, bəlkə də, bu yaxşı dəyişikliklərə tez öyrəşirsiniz, bu da çox yaxşıdır. Amma mən, misal üçün, keçən il gəlmişdim, ondan əvvəl 2005-ci ildə gəlmişdim və hər dəfə gələndə bu dəyişiklikləri görürəm və sizinlə bərabər mən də buna sevinirəm.

MİRAĞA SALMANOV: Hamımız gördük ki, çətin vəziyyətlərdə necə təmkinli qərarlar qəbul etdiniz. Xalq bunu görür, hamı duyur, hamı danışır. Vallah, bunu demək lazımdır.

İLHAM ƏLİYEV: Biz ölkəmizi qorumalıyıq, Azərbaycanın müstəqilliyini qorumalıyıq, möhkəmləndirməliyik, ölkəmizin milli maraqlarının təmin olunması üçün nə lazımdırsa, onu da edəcəyik və edirik. Hər bir atılan addım istər daxildə, istərsə də bölgədə Azərbaycanı gücləndirir. Bizim bölgədə mövqelərimiz böyük dərəcədə möhkəmlənibdir.

Son illər, aylar ərzində, bölgədə Azərbaycanın nüfuzu, Azərbaycanın çəkisi, regionda aparıcı ölkə kimi dünya birliyinə özünü təqdim etməsi - bütün bunlar reallıqlardır. Bütün dünya bunu görür, bunu dərk edir, dəstəkləyir. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artır. Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah içərisində yaşamalıdır. Bunu etmək üçün bizim bütün imkanlarımız var: ölkədə qəbul edilmiş proqramlar, artan maddi imkanlarımız, uğurlu neft strategiyamız, sosial məsələlərin həlli. Hansı istiqamətə baxsaq görərik ki, inkişaf var. İqtisadi inkişaf baxımından dünyada ikinci belə bir ölkə yoxdur ki, son dörd il ərzində iqtisadi artım bu qədər sürətlə getsin. Yəni, biz dünya miqyasında bir nömrəli ölkəyik.

Sosial məsələlərin həlli baxımından təkcə Cəlilabad rayonunda deyil, bütün başqa rayonlarda da, hər yerdə məktəblər, xəstəxanalar, yollar, yeni fabriklər, zavodlar tikilir. Bölgələr inkişaf edir, yeni iş yerləri açılır. Son beş il ərzində 700 mindən çox yeni iş yeri açılmışdır. Bu, böyük bir nailiyyətdir. Hər bir iş yeri insanlara daha da yaxşı şərait yaradır, onları daha da yaxşı əmək haqqı ilə təmin edir, eyni zamanda, daxili istehsal artır.

Azərbaycan indi özünü ən zəruri əksər ərzaq məhsulları ilə 85-95 faiz səviyyəsində təmin edir. Heç vaxt belə olmamışdır. Burada ağsaqqallar, təcrübəli insanlar var, bilirlər, vaxtilə Sovet İttifaqında hər bir respublika üzrə xüsusi iqtisadi planlar var idi. Məsələn, Azərbaycanda kənd təsərrüfatı əsasən üzümçülük, pambıqçılıq istiqamətində inkişaf edirdi. Başqa respublikalardan isə ət, yağ, digər ərzaq məhsulları gətirilirdi. İndi biz özümüzü təmin edirik. Şəkərlə 100 faiz, bitki yağları ilə 100 faiz təmin edirik. Kərə yağı, süd, ət, yumurta ilə, meyvə-tərəvəzlə Azərbaycanda istehsal olunan məhsullar hesabına təmin edirik. Təkcə taxıl istehsalında biz hələ ki, xarici idxaldan asılıyıq. Ancaq son qərarlar, kənd təsərrüfatının inkişafına dair atılmış addımlar bu istiqamətdə də böyük irəliləyişə gətirib çıxaracaqdır. Biz indi elə etməliyik ki, taxıl istehsalı tam şəkildə Azərbaycanı təmin etsin. Beləliklə, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi həll olunur.

Enerji təhlükəsizliyini təmin etmişik, indi başqa ölkələrə enerji daşıyıcıları ixrac edirik. Nəqliyyat təhlükəsizliyini təmin etmişik. Qonşu ölkələrlə bizim nəqliyyat əlaqələrimiz güclənibdir. İndi Bakı-Astara avtomobil yolu tikilir, bir hissəsi tikilibdir. Dəmir yolu, hava nəqliyyatı və ərzaq təhlükəsizliyi - bax, bu üç əsas məsələ indi demək olar ki, bütün ölkələri narahat edir. Dünyada enerji daşıyıcılarının, ərzaq məhsullarının qiyməti artır. Əgər biz idxaldan asılı olsaq, Azərbaycanda da qiymətlər artacaqdır. Bizdə də bu var - inflyasiya, qiymət artımı var. Amma elə etməliyik ki, daxildə istehsal olunan məhsullar qiymətin aşağı salınmasına gətirib çıxarsın. Əlbəttə ki, bütün bu nəticələrə çatmaq üçün ölkəmizdə sabitlik, əmin-amanlıq davam etməlidir.

Azərbaycan öz əməyi ilə bütün bu uğurları əldə edibdir. Əminəm ki, gələcək illər üçün nəyi nəzərdə tutmuşuqsa, onu da edəcəyik.

LYUBOV DANİLOVA (sakin): Çox hörmətli cənab Prezident, axır ki, mən vaxtilə Sizin atanıza dediyim kimi, ən səmimi, xoş sözlərimi indi də Sizə ünvanlamaq imkanı əldə etdim. Bu gün biz Sizi bərəkətli Cəlilabad torpağında salamlamağımıza çox şadıq. Axı, Siz ümummilli liderin davamçısısınız, elə böyük insanın, əsrin insanının işlərini davam etdirirsiniz. Biz Sizin ailənizi sevirik. Sizin ünvanınıza çox xoş sözlər söyləmək olar. Heydər Əliyev bizim rayonda tez-tez olur, onu sevirdi. Bəlkə də mən eqoist adamam, əlbəttə, o, başqa rayonları da sevirdi, lakin hələ uşaq vaxtımdan yadımdadır ki, o, bizim rayonu çox sevirdi. Həmişə deyirdi ki, nə üçün Cəlilabadda üzüm yoxdur, nə üçün Cəlilabadda, Privolnoye kəndində gül-çiçək, ağaclar yoxdur. Bu gün biz hiss edirik ki, Siz də rayonumuza çox böyük qayğı göstərirsiniz. Ona görə də rayonumuz vaxtilə Heydər Əliyevin sayəsində olduğu kimi, indi də Sizin sayənizdə tərəqqi edir. Bu gün bizim hamımızın sevimlisi, ölkəmizin birinci xanımı Mehriban xanım haqqında söz deməmək olmaz. O, Sizin bütün qərarlarınızı həyata keçirmək üçün çox iş görür. İdmana xüsusi diqqət yetirilir.

Biz artıq 200 ildən çoxdur ki, bu gözəl, xeyirxah diyarda yaşayırıq. Heç vaxt din, dil, təhsil və mədəniyyətlə bağlı problemlərlə üzləşməmişik. Biz hamımız bir beynəlmiləl ailədə yaşayırıq. Bu fikri belə bir fakt da təsdiqləyir ki, bu gün mənim rəhbərlik etdiyim “Ruçeyok” rus folklor ansamblı 1987-ci ildən bəri respublikada keçirilən bütün tədbirlərdə iştirak edir. Bir haşiyə çıxmaq istəyirəm: Mən Heydər Əliyevi çox sevirdim, ömrümün axırına qədər də onu unutmayacağam. Mən ona həmişə deyirdim: Heydər Əliyeviç, mənim atam yoxdur, Siz mənə ata əvəzi olmusunuz. Heydər Əliyeviçin andiçmə mərasimi münasibətilə qoşduğumuz çastuşka bütün dünyaya yayılmışdı, çünki bir çox ölkənin telekanalları bu hadisəni lentə çəkmişdi. Hörmətli İlham Heydəroğlu, mən Sizin üçün də bir çastuşka hazırlamışam.

Çox sağ olun ki, Siz ümummilli liderin işini davam etdirirsiniz. Siz həmişə xalqın yanındasınız. Sizin həmişə beləcə cavan, əzmkar olmağınızı arzu edirik. Qoy, bizim çiçəklənən doğma Azərbaycan bundan sonra da tərəqqi etsin, qoy, bütün dünyada Heydər Əliyevi tanıdıqları kimi, bu diyarı da tanısınlar. Heydər Əliyev bizim hamımız üçün yeni yol açmışdır. Onun sayəsində ölkəmizdə sülh və əmin-amanlıq bərqərar olmuşdur. Respublikamız onun sayəsində dünya səhnəsinə çıxmış, bütün beynəlxalq təşkilatların tamhüqüqlu üzvü olmuşdur. İlham Heydər oğlu, Sizə, ailənizə, uşaqlarınıza, xoşbəxtlik diləyirik. Qoy, ailənizdə həmişə firavanlıq olsun, Siz də həmişə ailənizin üstündə olun.

İLHAM ƏLİYEV: Sağ olun, bu səmimi sözlərinizə görə təşəkkür edirəm. Doğrudur, Heydər Əliyev Cəlilabadı həmişə çox sevirdi. Siz düz dediniz ki, Heydər Əliyev dəfələrlə burada olmuşdur. Demək olar ki, hər il buraya gəlirdi. 1970-ci illərdə sizin rayon tərəqqi edirdi. Burada başqa rayonlardan daha çox üzüm istehsal olunurdu. Rayonda çoxsaylı sosial obyektlər tikilmişdi. Heydər Əliyev Azərbaycandan gedəndən sonra nə oldu - tənəzzül başlandı, hər şey dağıldı. Ölkəmiz müstəqillik əldə edəndən sonrakı ilk illərdə onun inkişaf perspektivi yox idi, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Təxminən 1980-ci illərin ortalarından 1993-cü ilə qədər sözün tam mənasında Azərbaycanda ən ağır dövr idi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə dirçəliş prosesi başlandı. Bu gün Azərbaycan ən dinamik inkişaf edən ölkədir. Bizdə bütün xalqlar bir ailə kimi yaşayır. Bizdə milli, dini və dil mənsubiyyətinə görə heç bir ayrı-seçkilik yoxdur və bu, həmişə belə olacaqdır. Bu baxımdan, Azərbaycan dünya dövlətlərinin çoxu üçün nümunədir. Çünki bizim ölkədə millətlərarası həmrəylik hökm sürür, bütün xalqlar arasında sülh, dostluq, qardaşlıq münasibətləri möhkəmlənir, hər kəsin öz ənənələrini, öz dinini, dilini, mədəniyyətini qoruyub saxlamaq və onları zənginləşdirmək imkanı var. Ölkəmizin xüsusiyyəti bundadır. Bizim əhatəmizdə elə ölkələr var ki, orada yalnız bir millət yaşayır, başqa millətlər yoxdur, yalnız monomillət vardır. Bu isə heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaqdır. Bu onu göstərir ki, həmin ölkələrdə başqa xalqların yaşaması çətindir. Onlar bir-biri ilə yola getmir, təzyiqlərə, təqiblərə, müxtəlif mənfi təsirlərə məruz qalırlar. Azərbaycanda isə əksinə, hamı bir ailə kimi yaşayır, hamı sevinir, fərəhlənir.

LYUBOV DANİLOVA: Hətta vaxtilə bizim kənddən köçüb getmiş adamlar da indi geri qayıdırlar. Ən başlıcası isə, hörmətli İlham Heydər oğlu, deməliyəm ki, mən tez-tez Rusiyada oluram. Bilirsinizmi, Cəlilabaddan köçüb gedənlər onun haqqında necə səmimi sözlər söyləyirlər, nə qədər xoş xatirələri var. Qadınlardan biri deyirdi ki, biz tarlada işlədiyimiz vaxt Heydər Əliyev gəlmişdi, mənim əllərim çirkli idi, o isə mənim əlimi sıxdı. Bu, insana xas olan səmimiyyətdir. İnsanlar məhz belə cəhətləri xatırlayırlar. Bütün görüşləri xatırlayırlar - əsas məsələ budur. Allah Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev həmişə qəlbimizdədir - dar günümüzdə də, fərəhli anlarımızda da.

İLHAM ƏLİYEV: Onun işləri davam etdirilir.

LYUBOV DANİLOVA: O, daim bizim qəlbimizdə yaşayacaq, heç kəsin yadından çıxmayacaqdır. Kaş, hamının belə prezidentləri olsun.

X X X

Prezident İlham Əliyev parkda ictimaiyyətin nümayəndələri ilə birgə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb