Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olunub

Bakı, 27 noyabr, AZƏRTAC

“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda deyib: “Bu gün təqdimat mərasiminə yığışdığımız kitab müasir Azərbaycanın qurucusu, Azərbaycan dilinin və ədəbiyyatının himayədarı Heydər Əliyevin böyük insan sevgisindən, dost Gürcüstana, gürcü xalqına doğma münasibətindən bəhs edir. Gürcüstanın iqtisadi, sosial, mənəvi dirçəlişi naminə atılan tarixi addımları, ölkələrarası ictimai-siyasi, mənəvi və mədəni əlaqələri əks etdirən bu nəşrin hər iki xalqın tarixi yaddaşında dostluq və qardaşlıq rəmzi kimi saxlanılacağını düşünürük. Bu il, bildiyiniz kimi, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində Heydər Əliyevin 100 illiyi qeyd olunur. Ayrı-ayrı insanlar, cəmiyyət və təşkilatlar yubiley ilinə öz töhfələrini verməyə çalışır, müxtəlif formatlı tədbirlər həyata keçirilir, sərgilər, fotostendlər, konfrans və toplantılar təşkil olunur, nəşrlər ərsəyə gətirilir. Ulu Öndərin ruhuna əbədi hüzur, xatirəsinə yeni əbədiyyət bəxş edən ən böyük töhfəni isə oğlu - şanlı ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev verdi. 30 il düşmən tapdağı altında xarabalıqlara çevrilən qədim torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycanın üçrəngli bayrağı 2020-ci ildə doğma Şuşamızda, bu il isə doğma Xankəndimizdə dalğalandı”.

Gürcüstan Parlamentinin Diaspor və Qafqaz Məsələləri komitəsinin sədri, deputat Beka Odişariaya çıxışında ilk əvvəl yaxın keçmişimizə ötəri də olsa, nəzər salıb: “İki-üç onillik ərzində insanların düşüncəsindən tutmuş adi həyat tərzinə qədər çox şeyləri dəyişdi. Dövlətlərin taleyi və gələcəyi məhz belə dönəmlərdə həll olunur. Həmin dövrlər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, ölkəmizin aqibəti, iqtisadi durumu necə olardı. Məhz bu dahi şəxsiyyətin uzaqgörənliyi və polad iradəsi həm müstəqil Gürcüstanın iqtisadi həyatının dirçəlməsində, həm də bölgənin dünyanın maraq dairəsinə çevrilməsində misilsiz rol oynadı. Sovet İttifaqı dağıldıqdan sonra ölkələrimizin müstəqil dövlətlər kimi mövcud olmasını istəməyən qüvvələr Heydər Əliyevə nə qədər təzyiq göstərsələr də, o, sarsılmaz qətiyyəti və müdrikliyi ilə həmin qüvvələrin bəd niyyətlərini dəf edə bildi və xalqının əbədi atasına çevrildi. Onun siyasəti tək öz ölkəsinə deyil, qonşu dövlətlərə də öz töhfəsini verdi. Bir daha vurğulamaq istəyirəm ki, Heydər Əliyev fenomeni olmasaydı, Gürcüstanın vəziyyəti çox ağır ola bilərdi. Qədim Tbilisi məhəlləsi paytaxtımızın ürəyidir. Şadam ki, Tbilisinin məhz həmin qədim guşəsində, şəhərimizin ürəyində Heydər Əliyevin adını daşıyan bağda bu dahi dövlət xadiminin heykəli ucaldılıb. Biz çox vaxt bayramlarımızı da azərbaycanlı qardaşlarımızla birlikdə həmin bağda qeyd edirik”.

Gürcüstanın Xalq yazıçısı Revaz Mişveladze Ulu Öndərlə bağlı xatirələrini bölüşüb: “Afaq xanım Heydər Əliyev haqqında o qədər ətraflı danışdı ki, bizə söz qalmadı. Lakin mənim də ürəyim doludur. Heydər Əliyev kimi böyük siyasətçi barədə və bu tarixi kitab haqqında mənim də ürək sözlərim var. İlk növbədə deməliyəm ki, Heydər Əliyev ölkəsini elə istiqamətə yönəltdi ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə, dünya üçün isə mühüm strateji əhəmiyyətli bir dövlətə çevrilib. Yaxşı xatırlayıram, 2001-ci ildə biz - Gürcüstanın beş nəfərdən ibarət hökumət və parlament nümayəndə heyəti Heydər Əliyevin dəvəti ilə Bakıda olduq. Bu gün təqdimatına toplaşdığımız kitabda yer alan xatirəm həmin o görüşdən bəhs edir. O tarixi görüşü xatırlayanda ürəyim bu gün də sanki nurlanır. Yadımdadır, o, Gürcüstanın keçmişindən, bugünündən, gələcəyindən, iqtisadi potensialından danışır, biz heyranlıqla dinləyirdik, ölkəmiz barədə bu qədər geniş məlumata malik olması bizi valeh edirdi. Ərsəyə gətirilmiş bu dəyərli kitab Gürcüstan və Azərbaycan dostluğunu, qarşılıqlı sevgimizi, bir-birimizə nə qədər zəruri və gərəkli olduğumuzu sərgiləyir, birliyimizi bir daha möhkəmləndirir və sarsılmaz edir”.

Daha sonra Gürcüstan Rustaveli Cəmiyyətinin Prezidenti David Şemokmedeli, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Sersvadze, tanınmış gürcü şairi Bağater Arabuli, Abxaziya Yaradıcılıq Birliyinin prezidenti Naira Marşania, Xalq şairi Erekle Sağliani, “Zğvauri” jurnalının baş redaktoru Bela Keburia, kitabın ərsəyə gəldiyi “Merani” nəşriyyatının direktoru Manana Qorqişvili, tanınmış gürcü şairi Badri Kutateladze, kitabın həmtərtibçisi, Eduard Şevardnadzenin mətbuat məsələləri üzrə müşaviri olmuş yazıçı İmir Məmmədli çıxış edərək Ulu Öndərin Gürcüstana, gürcü xalqına münasibətindən, ölkənin gələcəyi və çiçəklənməsi uğrunda həyata keçirdiyi işlərdən danışıblar.

Tədbirin sonunda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə verdiyi töhfələrə və “Heydər Əliyev və Gürcüstan” kitabının ərsəyə gəlməsində xidmətlərinə görə nəşrin həmtərtibçisi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşviliyə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı” təqdim olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH