HEYDƏR ƏLİYEVİN 80 İLLİK YUBİLEYİ İLƏ BAĞLI HEÇ BİR TƏDBİRLƏR PLANI YOXDUR
“Yeni Müsavat” qəzetində Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi ilə bağlı tədbirlər planı dərc edilmiş və bu tədbirlərin geniş miqyas alacağı barədə məlumat verilmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Olaylar” informasiya agentliyinə bildirmişdir ki, “Yeni Müsavat” qəzetində gedən həmin yazı məqsədyönlü şəkildə hazırlanıb və yalan məlumat xarakteri daşıyır. Prezident Heydər Əliyevin 80 illik yubileyinin keçirilməsi üçün heç bir dövlət qurumunda hansısa tədbirlər planı, yaxud bu yönlü proqram mövcud deyil və hazırlanmır. Bu qəzet Heydər Əliyev mövzusu tükəndiyindən gah dövlətimizin başçısının sağlamlığı, gah da yubileyinin keçirilməsi ilə bağlı müxbir fantaziyasına geniş meydan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]