HİETANİEMİ QƏBİRİSTANLIĞINI ZİYARƏT
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Helsinkidə Hietaniemi qəbiristanlığını ziyarət etmişdir. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ölkənin Fəxri xiyabanı sayılan Hietaniemi qəbiristanlığında Finlandiyanın dövlət xadimi, marşal Mannerheym, Finlandiyanın vəfat etmiş digər bütün prezidentləri, habelə İkinci Dünya müharibəsində həlak olmuş insanlar dəfn edilmişdir. Burada onların şərəfinə xatirə abidələri yaradılmışdır.
Prezident İlham Əliyev xatirə abidələrinin hər birinin önünə əklil qoydu.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |







