Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.
Prezidentin köməkçisi bildirib: “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də @hikmet_hajiyev və “Telegram” kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılıb. Mənim yalnız “Twitter”də @HikmetHajiyev adlı hesabım vardır”.
Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-in səhifəsində şərhlər yazılmasını da qeyd edib: “Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır”.