Hikmət Quliyev: 1813-cü ilə qədər Xankəndidə ermənilər yaşamayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu gün Xocalı, Xankəndi, Xocavənd və ümumiyyətlə, Qarabağ bölgəsindən olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət etdilər. Müraciət etməkdə əsas məqsədimiz o idi ki, 2020-ci ildə Vətən müharibəsi başa çatsa da, biz məcburi köçkünlər hələ də Qarabağ iqtisadi rayonuna tam qayıda bilmirik. Hələ də doğma yurdumuzu ziyarət etmək bizim üçün əlçatmazdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar jurnalist, istefada olan polkovnik Hikmət Quliyev söyləyib.
O, Ermənistanın Xankəndidə azərbaycanlıların olmadığı barədə iddialarını tamamilə əsassız adlandırıb.
"Dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, hələ 1813-cü ilə qədər Xankəndidə ermənilər yaşamayıb. Yalnız Kürəkçay müqaviləsindən sonra ermənilər Qarabağa köçürülüb.
Biz, eyni zamanda, bütün separatçıların Qarabağı tərk etməsini istəyirik",- deyə H.Quliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]