Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır
Pekin, 30 avqust, AZƏRTAC
Hindistanda ötən sutka ərzində 78 min 761 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. Bu, ölkədə gündəlik yoluxma sayı üzrə ən yüksək göstəricidir. Ötən gün dünyada gündəlik ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb. Ardıcıl 4 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 70 mindən çoxdur.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə indiyədək 3 milyon 542 min 733 nəfər bu virusa yoluxub. Ötən sutka COVID-19 səbəbindən 948 ölümün qeydə alınması ilə pandemiya qurbanlarının sayı 63 min 498-ə çatıb. Virusa yoluxanların 76 faizinin sağaldığı, 1,81 faizinin isə öldüyü bildirilir.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra 3-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]