Holland məktəblilərinin iştirakı ilə Azərbaycana və Xocalı faciəsinə həsr olunmuş mərasim keçirilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Niderland Krallığının Assen şəhərində holland şagirdlərinin iştirakı ilə Azərbaycana və Xocalı faciəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə ölkəmizin Niderlanddakı səfirliyinin nümayəndələri, Assen şəhəri ictimaiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak etmişlər.
Hollandiyalı şagirdlər 20 il əvvəl Xocalıda dinc sakinlərin və uşaqların vəhşiliklə qətlə yetirilməsini nümayiş etdirən bədii səhnəcik göstərmişlər.
Tədbir iştirakçılarına Azərbaycan tarixi və mədəniyyəti barədə məlumatı əks etdirən videoçarx göstərilmiş, Niderlandda çalışan azərbaycanlı musiqiçilər Firəngiz Bağırova və Elxan Rzayev tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunmuşdur. Holland məktəbliləri tərəfindən Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısının ifa edilməsi holland auditoriyası tərəfindən rəğbətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]