Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin Kipr Yaxın Doğu Universitetində təqdimatı olub

Şimali Lefkoşa, 18 noyabr, AZƏRTAC

Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universitetində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı keçirilib.

Azərbaycan, Türkiyə və Şimali Kipri təmsil edən ziyalıların, elm və mədəniyyət xadimlərinin, universitetin professor-müəllim və tələbə heyətinin, KİV təmsilçilərinin qatıldığı konfransda əvvəlcə Hüseyn Cavidin zəngin mənalı həyat və yaradıcılığını əks etdirən film nümayiş olundu.

Hüseyn Cavidin yaradıcılığı barədə ümumi məlumat verən mərasimin aparıcısı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, ədibin zəngin və mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu, Azərbaycan “Kaspi” Təhsil Mərkəzi tərəfindən nəşr edilən 944 səhifəlik kitabın əhəmiyyətindən danışdı.

Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov, professorlar Ərdoğan Saracoğlu, Yavuz Akpiner, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu və AZƏRTAC-ın Türkiyə təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının çıxışları dinlənildi.

Natiqlər diqqətə çatdırdılar ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə qəbul etdiyi və gerçəkləşdirdiyi tarixi qərarlar sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən Vətənimizə gətirilib, əziz xatirəsinə möhtəşəm abidə ucaldılıb, adı əbədiləşdirilib, əsərləri nəşr olunub. Bütün bunlardan çox-çox öncə isə böyük şairimiz məşhur - Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü. - misralarını yazmaqla sanki hər şeyi əvvəlcədən görərək Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Vətənimizi parçalanmaqdan, xalqımızı məhv olmaqdan, dövlətimizi dağılmaqdan xilas edəcəyinə dəyər verirmiş kimi Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm edib.

Çıxışlarda qeyd olundu ki, mübarizlik və yenilməzlik nümunəsi olan Cavidin əsərləri dünya ədəbiyyatını zənginləşdirib. Aramsız hədələr, səngimək bilməyən həbs təhlükəsi, əzablı sürgün həyatı, fasiləsiz mənəvi terrorlar və digər məşəqqətlər Cavidi ülvi hislərdən, haqq və ədalət axtarışından döndərə bilmədi. Bütün varlığı ilə böyük Yaradana bağlı olduğunu tərənnüm edən şair dinindən və irqindən asılı olmayaraq bütün insanlarda, ətrafımızı əhatə edən varlıqlarda gözəllik axtarmış, obrazlarında haqq və ədaləti qələmi ilə olduğu kimi təsvir etmişdir. Ülvi hisslərdən uzaqlaşdırmaq, xoş arzularını pozmaq, gerçəkliyin həqiqi təsvirini verməkdən çəkindirmək üçün Cavidə qarşı namərdlik edənlər həm tarix və ədəbiyyat qarşısında, həm də mənən məğlub və ifşa olublar.

Turan ortaq ədəbi dilinin yaranmasına böyük töhfələr verən Hüseyn Cavid haqq və ədalət carçısı, sevgi və gözəllik aşiqi olub. Onun bütün əsərlərində obrazların təsvirində haqq və ədalət rəngi bütün ədəbi boyaların əsasını təşkil edir. Xoş arzu və istəklər, həyat gerçəklikləri Cavidin əsərlərinə xüsusi bir əzəmət verir. Odur ki, “Əbədi” mənasını daşıyan təxəllüslə - Cavid adı ilə yaradan şairi əzəmətli ədəbiyyat dağının zirvəsinə yüksəldən həqiqətin bircə mənası olub: Xalqını, millətini azad, xoşbəxt, ölkəsini dünyəvi dövlət sırasında görmək. Bu həqiqətə qovuşmaq üçün dövrünün məşəqqətlərindən keçən Cavidin əsərləri dünya ədəbiyyatında öz orijinal üslubu, dərin məna və məzmunu ilə seçilən təkrarolunmaz nümunələrdir.

“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərlərinin külliyyatının yeni poliqrafik formada İstanbul nəşrinin oxucuların görüşünə gəlməsini Azərbaycan ədəbiyyatına tükənməz sevgi və məhəbbətin tərənnümü kimi dəyərləndirən natiqlər diqqətə çatdırdılar ki, bu iş Azərbaycanın görkəmli şəxsiyyətlərinin, zəngin ədəbiyyatımızdakı seçmələrin dünya ictimaiyyətinə tanıdılması istiqamətində ulu öndər Heydər Əliyevin tarixi qərarları ilə başlanan uzaqhədəfli strategiyanın gerçəkləşməsinə yönəlmiş bir töhfədir.

Kitabın ərsəyə gəlməsinə himayədarlıq edən Azərbaycanın “Kaspi” Təhsil Mərkəzinə, təqdimatı təşkil edən Kipr Yaxın Doğu Universiteti ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbərliyinə, kitabın hazırlanmasında zəhməti olan, eləcə də onu oxuyan və oxuyacaq hər kəsə, təqdimatda iştirak edənlərin hər birinə təşəkkür edən natiqlər əminliklə bildirdilər ki, Hüseyn Cavid külliyyatının Türkiyə nəşri onun əsərlərinin başqa dillərə tərcüməsi üçün də geniş imkanlar yaradacaq. Çıxışlarda qeyd olundu ki, Cavidi dünyada tanıtmaq, əsərlərindən bütün xalqların bəhrələnməsini təmin etmək zamanın ehtiyac hökmüdür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Şimali Lefkoşa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub