Huşunu itirən Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti stabildir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.
Bunu Polşada keçirilən III Avropa Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin sözçüsü Qabil Mehdiyev AZƏRTAC-a açıqlamasında deyib.
Q.Mehdiyev idmançımızın ciddi xəsarət almadığını bildirib: "İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşdə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".
Qeyd edək ki, Azərbaycan karateçisi Fəridə Əliyevanın (+68 kq) Polşada keçirilən III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]