İdman Akademiyasının rəhbər heyəti “Sağlam bədən, sağlam zehin” mövzusunda müzakirələrdə çıxış edib



Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan İdman Akademiyası rektorunun müşaviri Fərid Mansurov və proqram rəhbəri Qalib Əbiyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransın I panelində məruzəçi qismində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Sağlam bədən, sağlam zehin” panelində müzakirələrə qoşulan Azərbaycan İdman Akademiyasının rəhbər heyəti ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini bildiriblər. Onlar Akademiyanın idman sahəsində mütəxəssislərin hazırlamasındakı rolundan bəhs edib, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Respublika Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutan konfransın məqsədi məktəbdənkənar təhsildə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, bu sahədə həll yollarını araşdırmaq, yeni təcrübə mübadiləsi və gələcək perspektivlərin müəyyənləşdirilməsidir.