İdman məktəbinin yetirməsi VI beynəlxalq idman oyunlarının qalibi olub
Bakı, 14 iyul, AZƏRTAC
Rusiyanın Saxa Respublikasının Yakutsk şəhərində “Asiyanın uşaqları” altıncı beynəlxalq idman oyunları başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oyunların proqramına daxil olan sərbəst güləş üzrə kadetlər arasında yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Vahid Əlizadə 2001-ci il təvəllüdlülər arasında 63 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb.
Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda Azərbaycanla yanaşı, Asiya qitəsindən 38 ölkənin təmsilçiləri basketbol, boks, taekvando, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük və s. idman növlərində medallar uğrunda mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]