İDMAN MƏRKƏZLƏRİ PAYTAXTIN DİGƏR QƏSƏBƏLƏRİNDƏ DƏ İNŞA EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Pirallahıda istifadəyə verilmiş yeni idman mərkəzinin açılışında iştirak edən gənclər və idman naziri Azad Rəhimov kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində bildirmişdir.
Nazir demişdir ki, hazırda Bakının əksər qəsəbələrində, o cümlədən Nardaran, Balaxanı, Müşfiqabad, Pirşağı, Şağan və Hövsanda da bu cür olimpiya kompleksləri tikilir.
Bu gün nazirliyin qarşısında duran əsas vəzifə gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Biz çox istərdik ki, bu idman mərkəzlərində Olimpiya çempionları yetişsin.
Olimpiya komplekslərinin saxlanması məsələsinə toxunan A.Rəhimov demişdir ki, nazirliyin balansında olan idman qurğularına ildə 30-35 min manat vəsait ayrılacaqdır. Bu vəsait əsasən işçilərin maaşlarına, bəzi kommunal xərclərə sərf olunacaqdır. Yerdə qalan vəsaiti isə kompleks özü qazana bilər. İdman mərkəzlərində pullu seksiyalar yaratmaqla digər xərclərin ödənilməsi mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]