Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMANA QAYĞI BU GÜN DÖVLƏTİMİZİN PRİORİTET MƏSƏLƏLƏRİNDƏN BİRİDİR

Bakı, 5 mart (AZƏRTAC). 5 mart - Bədən Tərbiyəsi və İdman günüdür. Bu bayram Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə hər il qeyd edilir. Bayramın martın 5-də qeyd edilməsi də təsadüfi deyil. 1995-ci ilin həmin günü ulu öndər, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bu sahənin inkişafı üçün İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.

Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini də əhatə edir. İdmançılarımızın ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Təkcə 2009-cu ildə bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan vəsaitin məbləği 12,8 milyon manata çatdırılmışdır. Ölkədə idman və bədən tərbiyəsinin maddi-texniki bazası möhkəmləndirilir. Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman kompleksləri, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə uyğun yenidən qurulur.

Azərbaycan qədim idman ənənəsi olan ölkədir. Tarixi mənbələrə əsaslanaraq, Azərbaycanda eramızdan əvvəl güləş, oxatma, qılıncoynatma, atçapma kimi idman növləri geniş yayılmışdır. “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmanların güləş, oxatma, atçapma ilə güclərini sınamaları, belə sınaqlarda kimin güclü olmasını yoxlamalarından dönə-dönə danışılır. Dastanda kişilərlə yanaşı, qadınların da bu mübarizə növlərində hünər və məharət göstərməsi qeyd edilir. Orta əsr görkəmli Azərbaycan mütəfəkkirlərindən Xaqani Şirvani, Nizami Gəncəvi, Qətran Təbrizi, Nəsrəddin Tusi və bir çox başqa şairlərin əsərlərində Azərbaycanda yayılmış atçapma, çovqan, güləş, oxatma, qılıncoynatma, daşqaldırma, sürpapaq və sair kimi idman oyunlarından bəhs olunur.

Azərbaycan idmanının himayədarı Heydər Əliyevi ölkə idman ictimaiyyəti həmişə xüsusi minnətdarlıq və məhəbbət hissi ilə xatırlayacaqdır. Çünki Azərbaycanda bugünkü idmanın mövcudluğu və inkişafı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev, respublikada digər sahələr kimi, idmanın da maddi-texniki bazasının gücləndirilməsi yolunda böyük işlər görmüşdür. Buraya, ilk növbədə, bir çox iri idman qurğularının tikilib istifadəyə verilməsi aiddir. Totalitar sovet rejiminin Azərbaycana qarşı ögey münasibətinin hökm sürdüyü ötən əsrin 70-ci illərində respublika rəhbərliyinə seçilən Heydər Əliyev öz siyasi bacarığı və qazandığı nüfuzu sayəsində SSRİ dövlətinin imkanlarından Azərbaycanın tərəqqisi üçün istifadə olunmasına nail olmuş, idmanımızın inkişafında da fədakar əməyini əsirgəməmişdir.

Müstəqillik dövründə yenidən hakimiyyətə qayıdan bu böyük insan ölkədə sabitliyə nail olandan sonra tezliklə idmanı yenə diqqət mərkəzinə gətirmişdir.

1994-cü ilin 26 iyulunda ölkədə idmana və gəncliyə dövlət qayğısını bilavasitə gerçəkləşdirəcək bir qurum - Gənclər və İdman Nazirliyini yaratmaqla, o, bir-biri ilə sıx bağlı olan bu iki sahəyə qayğını önə çəkdi.

Gəncləri pis vərdişlərdən, zərərli adətlərdən çəkindirmək, idman vasitəsilə onları layiqli Azərbaycan vətəndaşlarına çevirmək, kütləvi bədən tərbiyəsinin yayılması ilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançıların uğurlu çıxışlarına kömək etmək, onların gücü ilə Azərbaycan adlı məmləkəti dünyaya tanıtdırmaq - bu idi Heydər Əliyevin idman siyasəti. İndi tam qətiyyətlə demək olar ki, bu siyasət uğurla nəticələndi və müvəffəqiyyətlə davam etməkdədir.

İdmançılarımıza ən yaxşı şərait yaradılması məqsədi ilə paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonlarımızda da inşa edilən Olimpiya idman komplekslərində təcrübəli mütəxəssislərin rəhbərliyi altında aparılan gərgin məşqlər böyük yarışlarda qələbələr qazanılmasında başlıca şərtdir. Bu gün belə komplekslər Bakı və Gəncədə, Naxçıvan və Lənkəranda, Şəki və Qubada, Qazax və Masallıda, respublikamızın digər bölgələrində gənclərin sevimli istirahət yerinə çevrilmişdir. Yaxın vaxtlarda Olimpiya komlpekslərinin, müasir idman bazalarının sayı daha da artacaqdır.

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş bir faktdır. İdmançılarının qələbə soraqları tez-tez dünya, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən, Olimpiya Oyunlarından gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarının, hətta əksər Avropa dövlətlərini geridə qoyur.

XX əsrin sonlarında dünya idmanında olimpizmin geniş vüsət aldığı bir vaxtda, şübhəsiz ki, Azərbaycan bu mühüm cərəyandan kənarda qala bilməzdi. Ölkəmizdə Olimpiya hərəkatının inkişafında əsas mərhələ isə 1997-ci ildə, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlandı. Milli Olimpiya Komitəsi dünya və Avropa idman təşkilatları ilə sıx əlaqələr yaratmaqla həm də respublikamızın beynəlxalq aləmdə tanıdılması üçün əvəzedilməz xidmətlər göstərdi.

Ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən biri də beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsidir. Müstəqilliyimizin qısa dövrünə baxmayaraq, Azərbaycan artıq neçə-neçə beynəlxalq turnir və çempionatların keçirildiyi məkana çevrilmişdir.

Bu gün Bədən tərbiyəsi və idman günü münasibətilə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar.

Tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidər xiyabanına gələn idman ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Samirə Allahverdiyeva

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?