“İdmanda sağlam qidalanma” mövzusunda seminar keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "İdmanda sağlam qidalanma" mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, qida mütəxəssisi olan təlimçi Əziz Süleymanov sağlam qidalanmadan, yuxu rejimindən, su içməyin sağlamlıq üçün önəmli bir amil olduğundan bəhs edib. Həmçinin qidalanmada sağlamlığımız üçün yararlı olan amillərin hansı qidalardan alına biləcəyi barədə faydalı məlumatlar verib. Sağlamlığımız üçün vacib olan məsləhətlərini iştirakçılarla bölüşüb.
Sonda isə təlimçi könüllülərin suallarını cavablandırıb.