İdxal olunan bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
Bakı, 19 fevral, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (istehsal tarixi 1 may 2025 – son istifadə tarixi 1 aprel 2027-ci il ) müayinələrə cəlb olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul olunaraq məhv edilib.