İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı nəzdində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb. Bununla bağlı qərar İƏT XİN başçıları şurasının Bağdadda keçirilən iclasında qəbul edilib.
AZƏRTAC xəbər verir ki, yeni qurumun qərargahı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşəcək və əsas hədəfi üzv dövlətlərin Kibertəhlükəsizliyini gücləndirmək, milli təhlükəsizliyi və strateji maraqları qorumaq, eləcə də beynəlxalq əməkdaşlığı genişləndirmək olacaq.
Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası İƏT strukturuna daxil olan ayrıca qurum kimi fəaliyyət göstərəcək. Şuranın yaradılması Səudiyyə Ərəbistanının təşəbbüsü əsasında həyata keçirilib.
Qəbul edilmiş qərara əsasən, Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası təşkilata üzv dövlətlər üçün bu sahədə bütün məsələlər üzrə əsas koordinasiya platforması olacaq. Qurumun fəaliyyətinin əsas istiqamətləri milli kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi, həyati əhəmiyyətli maraqların qorunması və dövlətlər arasında birgə fəaliyyətin genişləndirilməsidir.
Şuranın tərkibinə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsinə cavabdeh olan müvafiq dövlət qurumları daxil olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:09]
Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub
- 28.10.2026 [15:47]
Ankarada TDT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
- 28.10.2026 [15:41]
Türkiyənin xarici ticarət həcmi artır
- 28.10.2026 [15:30]
ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib
- 28.10.2026 [15:16]
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
- 28.10.2026 [14:47]