İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər
Ankara, 20 aprel, AZƏRTAC
Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Aralıq rayonunu ziyarət edərək rayon administrasiyasının rəhbəri Məhəmməd Fatih Aydınla görüşüblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş diaspor layihələri barədə Aydına məlumat verib.
Görüşdə tarixi yaddaşın qorunmasının əhəmiyyəti, o cümlədən bölgədə ermənilərin törətdiyi cinayətlərin unudulmaması xüsusi olaraq qeyd olunub.
S.Ünsal Aralıq rayon rəhbərinə Qərbi Azərbaycanda tarixi torpaqlarından qovulmuş azərbaycanlıların taleyinə həsr olunmuş “Ürəyim İrəvanda qaldı” adlı kitabını təqdim edib.
“Tarixin bu səhifələrini unutmaq olmaz, bu həqiqətləri gənc nəsillərə çatdırmaq lazımdır. Yalnız bu şəkildə yeni faciələrin qarşısını ala, gələcəyə inamla baxa bilərik”, – deyə TADDEF sədr müavini bildirib.
Aralıq rayonunun rəhbəri S. Ünsalın fikirlərini dəstəklədiyini bildirib və Türkiyə ilə Azərbaycanın qırılmaz bağlarının və həmrəyliyinin əhəmiyyətini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [15:29]
“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib
- 05.09.2026 [15:21]
Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət
- 05.09.2026 [13:21]
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
- 05.09.2026 [12:53]
Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir
- 05.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]
ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər
- 04.09.2026 [23:43]
FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb
- 04.09.2026 [23:34]
ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik
- 04.09.2026 [23:14]
Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil
- 04.09.2026 [23:01]
Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb
- 04.09.2026 [22:59]
İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb
- 04.09.2026 [22:58]
Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub
- 04.09.2026 [22:39]
Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb
- 04.09.2026 [22:00]
Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
- 04.09.2026 [21:37]
Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib
- 04.09.2026 [21:05]
Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
- 04.09.2026 [20:24]