IKEA İsveçdə ən yaxşı işəgötürənlər reytinqinə başçılıq edib
Stokholm, 8 may, AZƏRTAC
“Randstad” şirkətinin yeni araşdırmasına əsasən, İsveçdə çalışanlar rahat iş mühitinə və işlə şəxsi həyat arasında balansın qorunmasına daha çox önəm verməyə başlayıblar. Hazırda bu amillər yüksək maaş və bonuslardan daha vacib hesab olunur.
AZƏRTAC xəbər verir ki, 2026-cı ildə İsveçdə ən cəlbedici işəgötürən IKEA seçilib. Siyahıda ikinci yeri İsveçin Müdafiə Sənayesi Maddi-Texniki Təminatı İdarəsi, üçüncü yeri isə “Toyota” tutub.
Araşdırma göstərib ki, ölkə sakinlərinin təxminən üçdə biri iş yerini dəyişmək barədə düşünür. İşçilər həmçinin məşğulluğun sabitliyinə, kollektivdəki ab-havaya və inkişaf imkanlarına daha çox diqqət yetirirlər.
Bu ilin reytinqində iri sənaye, mühəndislik və texnologiya şirkətlərinin çoxluq təşkil etməsi Skandinaviya ölkələrində həmin iqtisadi sahələrə marağın yüksək olduğunu göstərir. Siyahının son pillələrində İsveç Radiosu (28-ci yer), “AstraZeneca” əczaçılıq şirkəti (29-cu yer) və “Deloitte” audit şirkəti (30-cu yer) qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]