İQTİSADİYYAT
İki nüfuzlu təhsil mərkəzi Azərbaycanda innovativ ekosistemin yaradılmasına dəstək olacaq
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə iki nüfuzlu təhsil müəssisəsi - Harbour Space Universiteti və Holberton Məktəbi arasında gələcək əməkdaşlıqların təməlini yaradan görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İKT sahəsində insan kapitalının inkişaf etdirilməsinin vacibliyindən danışıb və tərəflər arasında bu istiqamətdə ortaq məqsədlər bölüşülərək əməkdaşlıq formatları müzakirə olunub.
Bildirilib ki, bu kimi tərəfdaşlıqların gücləndirilməsi və kollektiv səylərin birləşdirilməsi istedad, innovasiya və inkişafı təşviq edən ekosistemin yaradılmasında irəliyə doğru atılmış addımdır.