İkinci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
Bakı, 7 aprel, AZƏRTAC
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində mayın 13-17-də Bakıda baş tutacaq 2-ci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti aprelin 15-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, müsabiqənin məqsədi inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir.
Müsabiqəyə Azərbaycandan və dünyanın bütün ölkələrindən layihələr qəbul olunur. Layihənin ən azı 50 faizi animasiyadan ibarət olmalıdır. Həmçinin müsabiqəyə qısametrajlı filmlər, tammetrajlı filmlər və seriallar formatında layihələr qəbul olunur. Animasiya texnikaları və mövzular üzrə heç bir məhdudiyyət yoxdur. Sənədlər Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır.
Qaliblər peşəkar pitçinq münsiflər heyəti tərəfindən seçiləcək və 9-cu ANIMAFILM Beynəlxalq Animasiya Festivalı zamanı elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]