İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Samux rayonunda 2003-cü ilin yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir. Yığıncaqda keçən il rayonda əldə edilmiş iqtisadi göstəricilər ətraflı təhlil edilmiş, yeni iş yerlərinin açılması ilə bağlı görülən işlərdən danışılmışdır. Qeyd edilmişdir ki, əsasən kənd təsərrüfatı rayonu olan Samuxda keçən il heyvandarlıqda və tərəvəzçilikdə yüksək göstəricilərə nail olunmuşdur və bu il də nailiyyətlər qazanılması üçün möhkəm bünövrə qoyulmuşdur.
Yığıncaqda rayonda görülən abadlıq və quruculuq işlərindən də geniş söhbət getmiş, təhsil və səhiyyə sahələrində qazanılan uğurlardan danışılmış, cari ildə qarşıda duran vəzifələrin həyata keçirilməsinə yönəldilmiş geniş qərar qəbul olunmuşdur.