Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk Avropa Oyunlarının keçirilməsində könüllü kimi iştirak etmək istəyən gənclərin sayı getdikcə artır

Bakı, 16 may, AZƏRTAC

Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına bir aydan da az vaxt qalır. Bu möhtəşəm idman bayramı yaxınlaşdıqca onun təşkili və təbliğində yaxından iştirak edən gənclər təşkilatları da fəallıqlarını artırırlar. Ölkənin ən böyük gənclər təşkilatlardan biri olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov rəhbərlik etdiyi qurumun bu prosesdə iştirakı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycana nələr vəd edir?

- 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Bu qərarla tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə və Olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Artıq indidən bəllidir ki, birinci Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına böyük töhfə verəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Belə mötəbər idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi həm dövlətimizin, həm də hər bir vətəndaşımızın qarşısına mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrası üçün bütün cəmiyyətimiz sözün yaxşı mənasında səfərbər edilib. Əvvəla, “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilinə böyük investisiya qoyulub. Bu investisiya həm infrastruktur obyektlərinə, həm də insan kapitalına yatırılan sərmayədir. Birinci Avropa Oyunlarına xidmət edəcək iaşə obyektlərinin, idman qurğularının, eləcə də istirahət və əyləncə obyektlərinin tikilməsi, bəzilərinin yenidən qurulması şəhərimizin görkəmini tamamilə dəyişib. Bu obyektlərin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının keçirilməsi haqqında qərarın qəbul edilməsindən əvvəl tikilməyə başlaması onu göstərir ki, ölkə rəhbərliyi yalnız “Bakı-2015” birinci Avropa Oyunları üçün deyil, ümumiyyətlə ölkədə bütün sahələrin inkişafına hər zaman diqqət və qayğı ilə yanaşır. Qurulan infrastruktur yalnız birinci Avropa Oyunlarına xidmət etməyəcək, eləcə də digər böyük yarışların və idman tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.

İlk Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan 68 min yerlik Bakı Olimpiya Stadionu gələcəkdə Avropa və dünya miqyaslı mötəbər yarışlar üçün misilsiz arenadır. Avropa Oyunları ilk dəfə keçirilir və onun tarixi Azərbaycanda yazılır. Bu səbəbdən Avropa Oyunlarının gələcəkdə inkişaf perspektivini və standartlarını Azərbaycan müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi kimi, “Bakı-2015” birinci Avropa Oyunları Olimpiya oyunları ilə bərabər səviyyədə keçirilməli, ən azı olimpiya oyunları qədər möhtəşəm olmalı, tamaşaçılara və idmançılara böyük zövq verməli, unudulmaz təəssürat bəxş etməlidir.

- Bəs “Bakı-2015” birinci Avropa Oyunları beynəlxalq arenada hansı əhəmiyyətə malikdir?

- Birinci Avropa Oyunları yalnız idman tədbiri olaraq qalmır, eləcə də Azərbaycanın nüfuzunun yüksəldilməsinə xidmət edir. Bu nüfuzun artırılması ilk növbədə Azərbaycanın əsasən iqtisadi gücü, demokratik göstəriciləri, enerji resurslarının ixracından və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz dövlətə çevrilməsi ilə bağlıdır. Lakin Azərbaycan yalnız bu göstəriciləri ilə deyil, eləcə də mədəni və sosial sahələrdəki fəaliyyəti ilə də dünya ölkələri arasında öz nüfuzunu artırır. Azərbaycan digər postsovet dövlətlərlə müqayisədə daha stabil və dinamik inkişaf edən ölkələrdən biridir və dünya ölkələri ilə hər bir sahədə açıq əməkdaşlığa hazırdır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın həm dünyada təbliği və tanıdılması, həm də böyük miqdarda investisiyanın qoyulması deməkdir. Bu, eyni zamanda paytaxtımıza böyük turist axınına səbəb olacaq, xarici qonaqların Azərbaycanla daha yaxından tanış olmasında böyük rol oynayacaq. Bu tədbirdən, eləcə də ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıdan hər bir turist Azərbaycanın potensial təbliğatçısına çevriləcək. Sadə vətəndaşlarla iş, ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına da öz töhfəsini verəcək. Bu oyunların keçirilməsi ilə Azərbaycan keçdiyi böyük inkişaf yolunu və qazandığı uğurları bir daha nümayiş etdirəcək.

- Birinci Avropa Oyunları idmançılar və ölkə ictimaiyyəti üçün nə kimi əhəmiyyət kəsb edir?

- Birinci Avropa Oyunları ilk növbədə bir idman tədbiri olmaqla ölkəmizin və idmançıların həyatında böyük bir hadisədir. O, eyni zamanda, Oyunlarda iştirak edəcək idmançılar üçün böyük və məsuliyyətli sınaq olacaq. İnanırıq ki, idmançılarımız bu məsuliyyətli imtahandan layiqincə çıxacaqlar. Bu oyunlar həm də yeniyetmə idmançılarımız və idmansevərlərimiz üçün böyük bir stimula çevriləcək. Belə yarışların keçirilməsi yeni-yeni gənclərimizin, gənc istedadlarımızın kəşf edilməsində də əvəzsiz rol oynayır.

Onu da qeyd etmək lazımdır ki, tikilən və yenidən qurulan obyektlər idmançılarımızın məşq etməsi və gələcəkdə də idman yarışlarının keçirilməsi üçün böyük imkanlar açacaq. Ölkə ictimaiyyəti üçün isə bu idman yarışları böyük bayrama çevriləcək və hər bir kəs bu bayrama qoşulmaq və onun bir hissəsi olmaq arzusundadır. Bir sözlə, belə möhtəşəm tədbirin keçirilməsi Azərbaycan xalqının qürur duya biləcəyi və hər bir yerdə fəxr hissi ilə söhbət açacağı bir tədbir olacaq.

- “Bakı-2015” birinci Avropa Oyunlarına çoxlu könüllü cəlb olunub. ATGTİ-nin bu sahədə işi nədən ibarətdir?

- İlk Avropa Oyunlarının təşkilinə 12 mindən çox könüllü cəlb edilib. Könüllülər əsasən tələbə kontingentindən ibarətdir. Onların bu tədbirə cəlb edilməsi üçün işlər bir il əvvəldən başlanılıb. Könüllülərin böyük əksəriyyətinin tələbələrdən ibarət olacağı nəzərə alınaraq “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin və ATGTİ-nin birgə layihəsi olaraq orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri arasında sorğu təşkil olunub. Bu sorğuda 150 minə yaxın tələbə iştirak edib. Sorğu vasitəsi ilə könüllülüyə cəlb oluna biləcək tələbə-gənclərin bazası yaradılıb. Ümumiyyətlə yarışların keçirilməsində könüllü kimi iştirak etmək istəyən gənclərin sayı gündən-günə artır. Könüllülər təşkilatçılıq üçün müxtəlif sahələrə cəlb olunublar. Bura qonaqların qarşılanmasından tutmuş idmançılarla işin tənzimlənməsindək müxtəlif işlər daxildir. “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin və ATGTİ-nin növbəti layihəsi oyunların təşkil olunmasında iştirak edəcək könüllülərə “Könüllülük Pasportu”nun verilməsidir. “Könüllülük Pasportu”nda gənclərin fəaliyyəti, təcrübəsi qeyd olunacaq. Bu pasport gələcəkdə onlar üçün CV rolunu oynayacaq.

“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə ATGTİ-nin əməkdaşlığı çərçivəsində ən kütləvi tədbirlərdən biri də Heydər Əliyev Mərkəzinin önündə keçirilmiş flaşmobdur. Flaşmobda altı mindən çox tələbə-gənc “Bakı-2015” Avropa Oyunlarının loqosu və Azərbaycan bayrağının təsvirini yaradıb. Bu flaşmob “Euronews” telekanalı vasitəsi ilə bütün dünyada nümayiş etdirilib. Ümumiyyətlə, oyunların təbliği üçün müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində “Bakı-2015” Avropa Oyunlarının təqdimatları təşkil edilib və Tələbə Gənclər Təşkilatları təhsil müəssisələrində Oyunlarla bağlı yaradılmış komitələrin işinə fəal şəkildə cəlb olunub.

Təbliğat kampaniyası çərçivəsində xüsusi ilə böyük bayrama çevriləcək açılış və bağlanış mərasimlərinin təqdimatının keçirilməsini də qeyd etmək yerinə düşər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq