İmişli sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb
İmişli, 31 mart, Mahir Babayev, AZƏRTAC
İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Hüseynli İbiş Adil oğlu qəbiristanlıqda gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb. Polislər tərəfindən bağlamaya baxış zamanı oradan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ. Hüseynliyə zəng edən həmin şəxs rayonun Rəsullu kəndində bağlama olduğunu deyib. Birinci bağlamanı qəbiristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:31]
Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:09]
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 08.10.2026 [11:45]
Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib
- 08.10.2026 [11:39]
Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO
- 08.10.2026 [10:25]