İmişlidə bu günədək 7 tondan çox barama istehsal olunub
İmişli, 18 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə barama tədarükü davam edir. Rayon kümçüləri bəslədikləri 420 qutu ipəkqurdu toxumundan indiyədək 7 ton 213 kiloqram barama tədarük ediblər.
Son illər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 170-ə çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 9 ton 400 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı daha da artırmağı qarşıya məqsəd qoyublar. Bunun üçün ipəkçilərə bütün zəruri şərait yaradılıb. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər qısa müddətdə tədarük məntəqəsinə 7 ton 213 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri fərqlənirlər.
Qeyd edək ki, ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]