İmişlidə “Dostluq kuboku” beynəlxalq güləş turniri keçiriləcək
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 5-də İmişli Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Əməkdar məşqçi Qalib Şükürovun 50 illik yubileyi münasibətilə “Dostluq kuboku” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizdə ilk dəfə olaraq qarışıq yaş qruplarından ibarət komandalar iştirak edəcəklər. Hər komandanın tərkibində 9 yaşdan böyük yaş qrupuna qədər olan 8 idmançı ayrı-ayrı çəki dərəcələrində komanda şəklində mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd qonşu ölkələrlə dostluq münasibətlərini və idman sahəsində əlaqələri daha da inkişaf etdirmək, Qalib Şükürovun məşqçilik fəaliyyətini təbliğ etmək və güləşin kütləviləşməsinə töhfə verməkdir.
“Dostluq kuboku” beynəlxalq turnirində Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, İran və Özbəkistan güləşçilərinin də iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]