İMİŞLİDƏ YENİ İŞ YERLƏRİ AÇILIR
AZƏRTAC xəbər verir ki, İmişlidə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ardıcıl yerinə yetirilir.
Bu ilin əvvəlindən bəri 1181 iş yeri açılmış, bunun 475-i daimidir.
Ümumiyyətlə, Proqram qəbul olunandan 4242 iş yeri yaradılmışdır. 2008-ci ilin sonunadək daha 4500 iş yerinin açılması nəzərdə tutulmuşdur.