İndiyədək sənaye zonaları üzrə 131 sahibkarlıq subyektinə rezident statusu verilib
Bakı, 21 iyul, AZƏRTAC
İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya artıq yatırılıb və 10.600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 milyon manat investisiyanın yatırılması və 4800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]