İndoneziya Prezidenti “Nanggala” sualtı qayığının ekipaj üzvlərinin həlak olduğunu elan edib
Bakı, 25 aprel, AZƏRTAC
İndoneziya Prezidenti Coko Vidodo bir neçə gün öncə itmiş “KRI Nanggala 402” sualtı qayığının Bali dənizində batdığını, heyət üzvlərinin həlak olduğunu elan edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə prezident jurnalistlərə müsahibəsində bildirib. Coko Vidodo, həmçinin ekipaj üzvlərinin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla rabitə əlaqəsi kəsilib. Hadisə zamanı sualtı qayığın göyərtəsində 53 nəfər olub.
Axtarış işlərinə İndoneziya Hərbi Dəniz Qüvvələrinin 18 gəmisi, polis orqanlarının və Milli Xilasetmə Xidmətinin 7 qayığı cəlb edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]