Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində beynəlxalq təcrübəni öyrənir

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində beynəlxalq təcrübəni öyrənir

Bakı, 10 avqust, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi məqsədi qarşıya qoyulub. Bu məqsədlə 2012-ci ilin martında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin - RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) yaradılıb. 2014-cü ildən tam fəaliyyətə başlayan fondun məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

İTİDF-nin rəhbəri Elçin Zeynalov təmsil etdiyi qurumun fəaliyyəti barədə AZƏRTAC-a məlumat verib.

İnformasiya və biliklərə əsaslanan iqtisadiyyat inkişaf etdirilir

İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabət qabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişafı, investisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə dünya səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması, onların tətbiqini təmin edən innovasiya sisteminin formalaşdırılması əsas məqsəd kimi müəyyən edilib. Qeyd olunan hədəflərə çatmaq üçün fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məsələlərə xidmət edir. İTİDF ölkə iqtisadiyyatında İKT sektorunun inkişafı ilə bağlı real nailiyyətlərin əldə olunması üçün sərəncamında olan vəsaitlər vasitəsilə özünün üç əsas maliyyə mexanizmdən istifadə edir.

Birinci mexanizmə görə, müsabiqə yolu ilə innovativ və tətbiqi elmi-texniki layihələrinin qrant maliyyələşməsidir ki, artıq fond tərəfindən iki qrant müsabiqəsi keçirilib. İkinci mexanizmə əsasən, müvəkkil kredit təşkilatları vasitəsilə bu sahədə fəaliyyət göstərən sahibkarlara aşağı faizli, güzəştli şərtlərlə kreditlər verilməsidir. Sahibkarlara kredit vəsaiti 10 mindən 5 milyon manatadək 10 ilədək müddətdə illik 5 faiz dərəcəsi ilə verilir. Üçüncü mexanizmə görə isə, müəssisələrin səhmlərinin və ya digər qiymətli kağızlarının əldə edilməsi yolu ilə bu müəssisələrə müddətli investisiya qoyuluşudur.

Fond yuxarıda qeyd olunan maliyyə mexanizmləri vasitəsilə ölkədə müasir İKT sənayesinin təşəkkül tapacağı, innovativ startapların, həmçinin sahə üzrə iri layihələri həyata keçirəcək sahibkarlıq subyektlərinin ölkədə "bilik iqtisadiyyatı"nın qurulmasını əsas məqsəd kimi müəyyən edib.

Fond informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq təcrübəni öyrənir

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirir. Fondun əməkdaşları beynəlxalq tədbirlərdə fəal iştirak edir. Türkiyə, Böyük Britaniya, Finlandiya, Macarıstana və Almaniyaya səfərlər təşkil olunub, orada fəaliyyət göstərən analoji fondlar və təşkilatların təcrübəsi öyrənilir.

Fondun təşəbbüsü ilə Böyük Britaniyanın “MTI” şirkəti tərəfindən təsis olunmuş "TransTech Capital" (TTC) ölkənin aparıcı təhsil və elmi tədqiqat mərkəzlərində görüşlər keçirirlər. İTİDF bu qurumla Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və elmi tədqiqat institutları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərlə əməkdaşlıq qurmaqda vasitəçilik edir. TTC Azərbaycanda elm əsaslı potensialın qiymətləndirilməsini və potensialı yüksək olan qurumlarda Texnoloji Transfer mərkəzlərinin yaradılmasını, innovativ layihələrin maliyyələşdirilməsini təklif edib.

Azərbaycanda innovativ iqtisadiyyat və intellektual biznes mühiti formalaşır

Ölkədə innovativ iqtisadiyyatın və intellektual biznesin yaradılması məqsədilə elm-təhsil-biznes arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılmalıdır. İnnovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədilə müvafiq qanunvericilik bazası yaradılmalıdır. Elm tutumlu sahələrin və innovativ iqtisadiyyatın inkişafı üçün əlverişli mühit olmalıdır. Bu istiqamət üzrə isə ən çox gözlədiyimiz odur ki, elmin nəticələri istehsalata asan yol tapsın, elmə investisiya qoyuluşu artsın. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək və "beyin axını"nın qarşısını alacaq.

Elmtutumlu məhsulların, texnologiyaların tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır

İnnovativ sahibkarlığın inkişaf etdirilməsi ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir. Elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır. Ölkədə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. YTP-də fəaliyyət göstərən rezidentlər 7 il ərzində əlavə dəyər, gəlir, torpaq və əmlak vergisindən azad olunurlar. İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xaricdən idxal olunan texnika və avadanlığa görə dövlət gömrük rüsumundan tam azad edilirlər. Həmçinin YTP-yə xarici investisiyaları cəlb etmək başlıca məqsəddir.

Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. Artıq Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası təsdiq edilib. Beləliklə nomenklaturada qeyd edilən və ölkəyə idxal edilən qurğular, hissə və ləvazimatlar gömrük rüsumlarından 7 il müddətinə azad olunacaq.

Hazırda İKT üzrə kadr hazırlığı işi də təkmilləşdirilir. Yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədilə ölkədəki ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühitin yaradılması istiqamətində işlər görülür. Dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndirilir, həmçinin Azərbaycandan kənara "beyin axını"nın qarşısının alınması ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL