İNGİLİS DİLİNİN ÖYRƏNİLMƏSİ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər Birliyinin Mingəçevir filialı, Amerika Sülh Korpusu Könüllüləri və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ingilis dilinin öyrənilməsi, tədrisi işinin səviyyəsini yüksəltmək və ingilis dili müəllimlərinin hazırlığını artırmaq məqsədi ilə birgə layihə həyata keçirir. Layihənin sonunda müəllimlərin bir qrupu ABŞ-a göndəriləcək, kompüter və texniki vəsaitlər alacaqlar.