İngiltərə Premyer Liqası: Liderlərdən asan qələbə
Bakı, 10 fevral, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Liderlər qrupunda qərarlaşan "Mançester Siti" və "Liverpul" turu qələbə ilə başa vurublar. "Şəhərlilər" doğma meydanda "Everton"u, mersisaydlılar isə "Börnli"ni məğlub ediblər.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb.
İngiltərə Premyer Liqası
XXIV tur
10 fevral
"Mançester Siti" - "Everton" - 2:0
"Fulhem" - "Bornmut" - 3:1
"Liverpul" - "Börnli" - 3:1
"Luton" - "Şeffild Yunayted" - 1:3
"Tottenhem" - "Brayton" - 2:1
"Vulverhempton" - "Brentford" - 0:2
"Nottingem" - "Nyukasl" - 2:3
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Liverpul" başçılıq edir. Liderdən bir oyun az keçirən "Mançester Siti" (52 xal) ikinci, "Arsenal" isə (49 xal) üçüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]