İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Everton”u məğlub edib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı "Liverpul" klubu öz meydanında “Everton” komandasını qəbul edib.
“Enfild” stadionunda baş tutan görə meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mersessayd təmsilçisinin heyətində Endrü Robertson (62) və Divok Origi (85) fərqləniblər.
Bu qələbə sayəsində “Liverpul” xal etiyatını 79-a çatdıraraq ikinci pillədəki yerin qoruyub. Bir xal az toplayan “Mançester Siti” birinci yerdədir. “Everton” isə 29 xalla 18-ci yerdə qərarlaşıb.
Günün digər görüşündə “Çelsi” komandası öz meydanında cari mövsüm yaxşı oyun sərgiləyən “Vest Ham Yuneyted” komandasını qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla (1:0) qələbə qazanıb. Oyunda yeganə qolu son dəqqiqədə Kristian Pulişiç vurub. “Çelsi” 65 xalla üçüncü, “Vest Ham Yunayted” isə 52 xalla yeddinci yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Brayton” - “Southemton” - 2:2;
“Börnli” - “Volverhemton” - 1:0;
“Arsenal” - “Mançester Yuneyted” - 3:1;
“Lester Siti” - “Aston Villa” - 0:0;
“Mançester Siti” - “Votford” - 5:1;
“Norviç Siti” - “Nyukasl Yunayted” - 0:3;
“Brentford”- “Tottenhem” - 0:0.