İngiltərə Premyer Liqası: Mançester təmsilçiləri qələbə qazanıblar
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da İngiltərə Premyer Liqasının 31-ci turunun oyunları keçirilib.
AZƏRTAC verir ki, turnir cədvəlinin lideri "Mençester Siti" səfərdə "Fulhem" komandasının qonağı olub. Bernardo Silva (5) və Serxio Aqueranın (27) qolları sayəsində "şəhərlilər" qələbə qazanıblar - 0:2.
Eyni şəhərin digər təmsilçisi "Mançester Yunayted" isə öz meydanında "Vatford" klubunu qəbul edib.
"Old Trafford" stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Brayton" - "Sauthempton" - 0:1;
"Börnli" - "Volverthemton" - 2:0;
"Kristal Palas" - "Haddersfild" - 2:0;
"Lester Siti" - "Bormunt" - 2:0;