İDMAN
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçuları seçilib
Bakı, 14 oktyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun və baş məşqçisinin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı baş məşqçi adına “Liverpul”un çalışdırıcısı Yurgen Klopp layiq görülüb. “Qırmızılar” sentyabrda onun rəhbərliyi ilə keçirdiyi hər üç qarşılaşmada qələbə (“Lester” - 4:1, “Çelsi” - 2:1, “Hall Siti” - 5:1) qazanıb.
Ötən ayın ən yaxşı futbolçusu isə “Tottenhem”in hücumçusu Hyun-Min Son seçilib. London klubu ay ərzində keçirdiyi hər 3 görüşdə qələbə qazanıb ki, futbolçu qarşılaşmalarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilən ilk asiyalı futbolçu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]