İngiltərədə qanunsuz əyləncə zamanı polisə hücum edilib
London, 6 aprel, AZƏRTAC
Böyük Britaniyanın Dorset bölgəsində qanunsuz təşkil olunan əyləncə tədbirinin dayandırılması zamanı polis əməkdaşlarına müxtəlif əşyalar atılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “East Lulworth” ərazisi yaxınlığında keçirilən tədbirdə təxminən 2 min nəfər iştirak edib. Hadisə aprelin 4-də saat 23:45 radələrində qeydə alınıb. Polis əməkdaşları bazar günü axşam saatlarınadək tədbirin dayandırılması istiqamətində əməliyyat apararkən zorakı və düşmən münasibətlə üzləşiblər.
Hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında sərxoş vəziyyətdə avtomobil idarə etmək və fövqəladə xidmət əməkdaşına hücum kimi ittihamlarla üzləşənlər var. Əməliyyat zamanı polis tərəfindən avadanlıqlar müsadirə olunub və yaxınlıqdakı yollar müvəqqəti olaraq bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]