İngiltərədən İtaliyaya səyahət edənlərə koronavirus testi tətbiq olunacaq
London, 21 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Hitrou Hava Limanında, Honkonq və İtaliyaya səyahət edənlərə qeydiyyatdan əvvəl koronavirus testi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, 1 saat ərzində cavablarının verilməsi planlaşdırılan testin qiyməti 80 funt sterlinq olaraq açıqlanıb.
Hava limanının 2-ci və 5-ci terminallarında tətbiq olunacaq bu testlər “Britiş Eirveys”, “Virgin Atlantik” və “Kathay Pasifik” şirkətlərinin sərnişinlərinə təqdim ediləcək.
Bu qayda bir çox ölkənin Böyük Britaniyanı artan xəstəlik sayəsində riskli ölkələr kateqoriyasına salınmasından sonra başlayıb.
Xatırladaq ki, Böyük Britaniyada 741 min 212 nəfər virusa yoluxub, 43 min 726 min nəfər virusdan həyatını itirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]