İngiltərəli hakim Mayk Din rekorda imza atıb
Bakı, 4 aprel, AZƏRTAC
İngiltərəli hakim Mayk Din rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 50 yaşlı hakim İngiltərə çempionatının XXXIII turunda “Vulverhemton” ilə “Mançester Yunayted” (2:1) arasında keçirilən görüşün 57-ci dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Eşli Yanqa qırmızı vərəqə göstərib. Bu qırmızı vərəqə Mayk Dinin Premyer Liqada karyerası ərzində göstərdiyi 100-cü vərəqə olub. O buna 477-ci oyunda nail olub.
Din ilk qırmızı vərəqəni 2001-ci ildə “Nyukasl” klubunun müdafiəçisi Nolberto Solanoya göstərib. 2000-ci ildən İngiltərə çempionatında hakim kimi çıxış edən Din 2003-cü ildə FIFA refersi adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]