İnsan alverinə qarşı QHT Koalisiyası beynəlxalq təşkilatla birgə sənəd hazırlayıb
Bakı, 21 iyun, AZƏRTAC
İnsan alverinə qarşı mübarizədə QHT Koalisiyasının strateji planının və kommunikasiya sənədinin müzakirəsi ilə bağlı konfrans öz işini tamamlayıb.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli AZƏRTAC-a bildirib ki, müzakirə Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Qeyd edək ki, konfrans Avropa İttifaqının maliyyə dəstəyi ilə MIEUX+ (Miqrasiya) proqramı çərçivəsində “İnsan alverinə qarşı mübarizədə informasiya və kommunikasiya texnologiyalarının rolu” layihəsi olaraq bir ildir davam edir.