Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnternet üzərindən dərman satışı: Qanunvericilik və məsuliyyət - ARAŞDIRMA

İnternet üzərindən dərman satışı: Qanunvericilik və məsuliyyət - ARAŞDIRMA

Bakı, 4 sentyabr, Günel Türksoy, AZƏRTAC

Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı və sosial medianın geniş yayılması insanların gündəlik həyat tərzinə, informasiya əldə etmək üsullarına, eləcə də sağlamlıqla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Xüsusilə də, tibbi məlumatlar, o cümlədən dərman preparatlarının reklamları sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya asanlıqla çatdırılır. Son illərdə müşahidə olunan narahatedici tendensiyalardan biri də müxtəlif dərman vasitələrinin sosial şəbəkə istifadəçiləri tərəfindən reklam edilməsidir. Həkim resepti olmadan reklam edilən bu cür dərman vasitələrinin bəzən ciddi yan təsirləri və istifadəsinə əks göstərişlər olur. Bu cür reklamlar tez-tez qeyri-peşəkar şəxslər tərəfindən elmi əsaslar olmadan verilir və əhalidə yanlış təsəvvürlər formalaşdırır. Bu da insanların özlərini müalicə etmə hallarının artmasına səbəb olur.

AZƏRTAC-ın apardığı bu araşdırmada məqsəd ölkəmizdə həkim resepti olmadan reklam edilən dərman vasitələrinin sosial mediada və media subyektlərində təqdimolunma formalarını, bu prosesin ictimai sağlamlığa mümkün təsirlərini, eləcə də mövcud hüquqi çərçivənin effektivliyini analiz etməkdir.

Reklamına icazə verilən dərmanlar və qadağalar

Qanunvericiliyə görə, ölkəmizdə yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət edildikdə, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşməyin zəruriliyi qeyd olunmalıdır.

Cari ildə “Reklam haqqında” Qanuna edilən dəyişikliklər bu sahədə sosial media influencerlərinin məsuliyyətini də artırıb. Artıq rəqəmsal platformalardakı reklamçılar (influencerlər) yayımladıqları reklamların doğruluğuna görə məsuliyyət daşıyırlar. Belə ki, bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir. Bundan başqa, influenserə özünün istifadə etmədiyi məhsulu “istifadə olunmuş” kimi göstərib, reklam etmək də qanunla qadağan edilib. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Media və kommunikasiya şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Reklam haqqında” Qanunda bu məsələ tənzimlənib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən, ADRA açıq məkanda yerləşdirilən reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Qanunun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. O cümlədən agentlik reklamvericilərin, reklam istehsalçılarının, yaradıcılarının, agentlərinin və yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür. “Nəzərinizə çatdırırıq ki, hazırda “Reklam haqqında” Qanuna əsasən, açıq məkanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə verilir və qanunvericilik həmin reklamların məzmunu ilə bağlı tələbləri müəyyən edib. Belə ki, dərman vasitələrinin reklamlarında yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi və ya həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə, əlavə təsirlərin olmamasına təminat vermək və reklam edilən dərman vasitəsini bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək qadağandır. Qeyd olunan tələblərə əməl edilməməsi reklam haqqında qanunvericiliyin pozulması deməkdir və bu zaman agentlik tərəfindən sözügedən reklamların yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Nəzarət və cəza mexanizmləri

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektoruna ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, agentlik dərman, tibb vasitələrinin və xidmətlərinin, habelə bioloji aktiv qida məhsullarının reklamına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirir: “Belə ki, həmin əmtəələrin reklamında haqsız, qeyri-dəqiq, gizli reklamlara yol verilməsi hallarının araşdırılması agentliyin səlahiyyətlərindədir. Həmin sahədə dövlət nəzarəti daxil olmuş müraciətlərin araşdırılması formasında aparılır. Xüsusilə qeyd edilməlidir ki, bu sahədə agentlik tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Qeyd edək ki, cari ilin ötən müddəti ərzində qeyd olunan dərman vasitələrinin reklamı ilə əlaqədar agentliyin səlahiyyətlərinə aid iki müraciət daxil olub. Müraciətlərdən birinə qanunamüvafiq izahat verilməklə baxılıb, digəri təmin edilib. Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”.

Sorğuya cavabda, həmçinin “Reklam haqqında” Qanunda reklama dair ümumi və xüsusi tələblərin müəyyən edildiyi də xatırladılıb. Bildirilib ki, resept olmadan buraxılan dərman vasitələrinin, tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və yayıcısına, rəqəmsal platforma təsirçisinə onların tələbi əsasında müvafiq sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda isə müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin sürətlərini təqdim edir. “Bundan əlavə, Azərbaycanda donor orqanların, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Habelə kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamına da yol verilmir. Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın “Reklam haqqında” Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi reklamın həmin Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məcəllənin 428.4-cü maddəsində resept əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji aktiv qida məhsullarının dərman vasitəsi və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsi halları istisna olmaqla, qeyd edilən inzibati xətalar haqqında işlərə Səhiyyə Nazirliyi, bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə münasibətdə isə inzibati xətalar haqqında işlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılır. İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyi) razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxır.

Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə (İXM, Maddə 428.7.1.) və “Reklam haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə (İXM, Maddə 428.7.2.) inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. İnzibati xətalar haqqında işlər üzrə protokol “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində törədildikdə Dənizkənarı Bulvar İdarəsi, Şuşa şəhərinin ərazisində törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər ərazilərdə törədildikdə Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilir”.

İnternet üzərindən sifariş, yoxsa apteklərdən alış?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dərman vasitələri haqqında” qanunvericiliyə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb, istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur. Çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə olunmayan dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər. Bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlanma və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir: “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir”.

Vurğulanıb ki, dərman vasitələrinin dövriyyəsi zamanı reklam haqqında qanunvericiliyin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə uyğun cəza tədbirləri nəzərdə tutulub. 428.4-cü maddədə bildirilir ki, həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər. 428.4-1-ci maddənin tələbinə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500, vəzifəli şəxslər 800 manatdan 1000, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər.

AEM vətəndaşlara tövsiyə edir ki, onlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin “Bir pəncərə” sektoru, Qaynar xətt - (012) 596 05 20, elektron poçt ([email protected]) və veb-sayt (www.pharma.az) vasitəsilə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Dünya təcrübəsi və sağlamlığın təminatı

Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra inkişaf etmiş ölkələr, xüsusilə Avropa İttifaqı dövlətləri və Böyük Britaniya reseptli dərmanların reklamına qəti qadağa qoymaqla, əhalinin yanlış məlumatlanmasının qarşısını almağa çalışır. Rusiyada reseptsiz dərmanların reklamına icazə verilir, lakin reklam məlumatları tərkib bələdçisi ilə uyğun olmalıdır, yəni reklam məzmunu dərman qutusundakı istifadə təlimatı ilə eynilik təşkil etməlidir.

Amerika Birləşmiş Ştatlarında reseptli dərmanların birbaşa istehlakçıya yönələn reklamı icazəli olsa da, reklamlar obyektiv və düzgün olmalı, risk və yan təsirləri gizlətməməli və istehlakçıları yanıltmamalıdır.

Azərbaycanda bu məsələdə seçilən hüquqi çərçivə sağlam və məqsədyönlüdür. 2025-ci ildə sosial media üzərindən yayılan reklamların daha sərt tənzimlənməsi istiqamətində atılan addımlar müsbət qiymətləndirilir. Qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, vətəndaşların da bu məsələyə daha məsuliyyətlə yanaşması vacib hesab olunur. Ona görə də hər kəs dərmanları həkim resepti əsasında apteklərdən almağa üstünlük verməlidir. Bu, sağlamlığın təmin edilməsində mühüm rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili