İordaniyada Azərbaycanın bu ölkədəki keçmiş səfirinin xatirəsi anılıb
Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin, eləcə də bu ölkə parlamentinin deputatları, “İbn Sina” SSRİ Ali Məktəblərinin Məzunları Cəmiyyətinin sədri Salam Al-Atval, Krallığın ictimai-siyasi dairələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Sabir Ağabəyov mərasimdə çıxış edərək E.Araslının ömür yolundan, diplomatik fəaliyyətindən, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafındakı rolundan danışıb.
Bərpa olunan Enerji üzrə Ərəb Komissiyasının baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti idarə heyətinin üzvü Saleh Ruşeydata S.Araslını gözəl bir insan kimi xatırladıqlarını vurğulayıb, mərhumun ölkələrimiz arasındakı xidmətlərindən bəhs edib.
Mərasim iştirakçıları mərhum haqqında xatirələrini bölüşüb, E.Araslının ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Anma mərasimində xalqımızın adət-ənənələrinə uyğun ehsan süfrəsi açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]