İordaniyada binanın çökməsi nəticəsində azı 5 nəfər həlak olub VİDEO
Qahirə, 14 sentyabr, AZƏRTAC
İordaniyanın paytaxtı Əmmanda yaşayış binasının çökməsi nəticəsində azı 5 nəfərin həlak olduğu, 14 sakinin xəsarət aldığı bildirilir.
AZƏRTAC rəsmi Petra agentliyinə istinadla xəbər verir ki, xilasedicilər Əmmanın əcnəbilər yaşayan Cəbəl Əl-Veybdeh məhəlləsində çökən binanın altında qalan insanların axtarışını davam etdirirlər. Dağıntılar altında 10-dan çox sakinin qaldığı ehtimal edilir. Ətrafdakı binaların sakinləri təhlükəsizlik məqsədilə təxliyə ediliblər.
İordaniyanın Baş naziri Bişer əl-Hasavne hadisə yerinə gəlib və xilasetmə işləri ilə maraqlanıb. O, Əmman merinə insidentin səbəbinin araşdırılması ilə bağlı tapşırıq verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə