“iPhone 11” dünyanın ən populyar smartfonudur
Bakı, 18 iyun, AZƏRTAC
2020-ci ilin ilk üç ayının nəticələrinə əsasən, “iPhone 11” həm ümumi satış göstəriciləri, həm də premial qurğular seqmenti üzrə dünyanın ən populyar smartfonudur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “CounterPoint” nəşrinin tədqiqatında yer alıb. Tədqiqatın nəticələrinə əsasən, bütün dünyada satışların 30 faizi “iPhone 11” smartfonunun payına düşür. Reytinqdə ikinci yerdə “iPhone 11 Pro Max” (9 faiz), üçüncü yerdə isə “iPhone 11 Pro” (7 faiz) smartfonları qərarlaşıb.
İlk beşliyə, həmçinin “iPhone XR” və “Huawei Mate 30 Pro 5G” smartfonları daxildir.
Satılan “Apple” smartfonlarının ümumi həcmi 57 faizə bərabərdir. Nəşrin məlumatına görə, “Apple” və “Samsung” smartfonları “Huawei” qurğularının daha populyar olduğu Çindən başqa bütün regionlarda liderlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]