Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi və siyasi müstəqilliyin vəhdəti - Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər

İqtisadi və siyasi müstəqilliyin vəhdəti - Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər

Bakı, 5 yanvar, AZƏRTAC

2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. 2022-ci ilin iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat təxminən 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb. Ümumi daxili məhsul ötən il rekord həddə - 130 milyard manata çatıb. Xarici dövlət borcumuz xeyli azalıb. Prezident İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu hədəf qarşıya qoyulmuşdur ki, xarici borcumuz ümumi daxili məhsulun 10 faizini təşkil etməlidir. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə əsasında qeyd edildi ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Bu statistika Azərbaycanın tamamilə beynəlxalq maliyyə institutlarından asılı olmadığını təsdiqləyir.

Məhz ölkəmizin artan iqtisadi imkanları digər sahələrdə də uğurlu nəticələrin əldə olunmasına əsas yaradır. Başqa sözlə, iqtisadi və siyasi müstəqilliyin vəhdətinin qorunması Azərbaycanın davamlı uğurlarını şərtləndirən əsas amillər sırasındadır. İki ildən artıqdır ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Azərbaycanın bu dövrdə həm iqtisadi, həm də siyasi sahədə uğurları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri bir tərəfdən iqtisadi və maliyyə imkanlarımızın genişliyini, digər tərəfdən isə xalqımızın qurucu xalq olduğunu, öz torpaqlarına sahib olmaq və inkişaf etdirmək üçün böyük fədakarlıq göstərdiyini təsdiqləyir. Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini Ermənistana təklif edib, onların qarşı tərəfdən qəbuluna nail olmaqla bir daha ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımız, ümumilikdə, bütün regionlarımız bu gün yeni inkişaf dövrünü yaşayır. Ötən il dövlətimizin başçısının regionlara 30 səfəri olub ki, bunların 21-i işğaldan azad edilmiş ərazilərədir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Ötən il bu istiqamətdə ilk addım atıldı. Zəngilanın Ağalı kəndi “ağıllı kənd layihəsi çərçivəsində bərpa olunaraq istifadəyə verildi və sakinlərini qarşılayaraq yeni həyata başladı. Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanı dövlətimizin başçısı İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Bu mühüm addımın böyük iqtisadi və strateji əhəmiyyəti vardır. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimiz böyük turizm imkanlarına malikdir, bu halda beynəlxalq hava limanlarının istifadəyə verilməsinin gələcəkdə bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına töhfələri özünü qabarıq şəkildə büruzə verir. Bu sırada ötən ilin avqustunda dövlətimizin başçısının Laçın şəhərinə, eyni zamanda, həmin rayonun Zabux və Sus kəndlərinə qayıdışımızla bağlı paylaşımını da xüsusi qeyd edə bilərik. Müzəffər Ali Baş Komandan sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı şəhər mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bildirdi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu hədəfi də açıqladı ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın siyasi uğurlarına gəldikdə isə 2022-ci il ölkəmiz üçün bu sahədə də möhtəşəm nailiyyətlərlə yadda qalıb. Azərbaycanın sözünün imzası qədər dəyərli və əhəmiyyətli olduğu beynəlxalq səviyyədə etiraf edilən mühüm məqamlardan oldu. Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, eyni zamanda, beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət edilməsi və həmin tədbirlərdəki çıxışları bir çox məqamlara işıq saldı. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq arenada yerini və rolunu möhkəmləndirdi. Ölkəmizin türk dünyasının birliyinə davamlı töhfələri də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin Türkiyəyə iki dəfə, qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanın isə üç dəfə ölkəmizə səfəri, həmçinin digər türkdilli dövlətlərə qarşılıqlı səfərləri ötən ilin mühüm hadisələri sırasında yer aldı. Dövlətimizin başçısı İlham Əliyev bir daha bəyan etdi ki, türk dünyası böyük bir ailədir. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.

Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin müraciətində Azərbaycanın enerji sektorunda qazandığı uğurların fonunda səsləndirdiyi hədəflərə də yönəldərək deyib: “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum imzalandı. Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Ötən ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq. Əsas hədəf budur ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Prezident İlham Əliyev bildirdi ki, bu hədəfə nail oluruq və olacağıq. Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevriləcək”.

Diqqətə çatdırılıb ki, ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Azərbaycan Prezidenti müraciətində bunu da vurğuladı ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir”, - söyləyən dövlətimizin başçısı bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Prezident İlham Əliyevin müraciəti 2023-cü il üçün hədəflərin təqdimatı oldu. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik