İQTİSADİYYATA KREDİT QOYULUŞUNUN HƏCMİ ÇOXALMIŞDIR
Kredit qoyuluşlarının 344,4 milyard manatı və ya 5,07 faizi (“Aqrarkredit” bank olmayan kredit təşkilatının vaxtı keçmiş kredit qoyuluşları nəzərə alınmadan) vaxtı keçmiş kreditlərin payına düşmüşdür.
Kreditlərin 4332,8 milyard manatı (63,8 faiz) qısamüddətli, 2459,7 milyard manatı (36,2 faiz) isə uzunmüddətlidir.
Dövlət bankları tərəfindən iqtisadiyyata 3392,9 milyard manat (49,95 faiz), özəl banklar tərəfindən 3171,4 milyard manat (46,69 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 198,1 milyard manat (3,02 faiz) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1275,9 milyard manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 18,78 faizə bərabərdir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 123,7 milyard manat (1,82 faiz) kredit vermişlər.
Kreditlərin 2653,8 milyard manatı və ya 39,07 faizi manatla, 4138,8 milyard manatı və ya 60,93 faizi xarici valyuta ilə verilmişdir.
Vəsaitlərin 1083 milyard manatı (16,52 faiz) dövlət sektoruna, 5624,1 milyard manatı (82,80 faiz) isə özəl sektora yönəldilmişdir.