İqtisadiyyatın dayanıqlı inkişaf perspektivləri müzakirə olunacaq
Bakı, 17 iyun, AZƏRTAC
Almaniyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə iyunun 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK-Azərbaycan”) üzvlərinin İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçiriləcək.
“AHK-Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, görüş COVID-19 pandemiyasının yaratdığı çətinliklər fonunda “İqtisadiyyatın dayanıqlı inkişaf perspektivləri” mövzusuna həsr olunacaq. Nazir M.Cabbarov və Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq tədbirin fəxri qonaqları qismində məruzə ilə çıxış edəcəklər.
Sonra İqtisadiyyat naziri, nazirliyin rəhbər vəzifələrdə çalışan əməkdaşları və səfirin iştirakı ilə sual və cavab sessiyası keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]