Azərbaycan Dövlət İnformasiya Agentliyi

İradə Aşumova: Afina Olimpiadasında silah sözümə baxmadı, güllə tez açıldı - MÜSAHİBƏ VİDEO

Bakı, 25 aprel, AZƏRTAC

“Afina-2004” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya ikincisi, Dünya Kubokunun qalibi, hazırda atıcılıq üzrə Azərbaycan millisinin baş məşqçisi olan İradə Aşumova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İdmana gəlişinizi necə xatırlayırsınız? Atıcılığı seçməyinizə nə səbəb oldu?

- Azərbaycan Texniki Universitetində oxuyurdum. Bir gün oğlan tələbə yoldaşlarım dedilər ki, atıcılıq idman növü ilə məşğul olmaq istəyən qızlar axtarılır. Əvvəlcə getmək istəmədim. Düşündüm ki, qız hara, atıcılıq hara. Heç uyğun gəlməz. Amma rusiyalı rəfiqəm məni həvəsləndirdi. Həmin qız iki məşqdən sonra gəlmədi, mən isə davam etdim. Məşq prosesi də maraqlı keçdiyi üçün özümü bu idman növündə görməyə başladım.

- İlk yarışınız yaddaşınızda necə qalıb?

- Mən atıcılığa 1974-cü ildə yazılmışdım. Bir ildən sonra Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş yarışda iştirak etdim. Düzünü desəm, turnirin məsuliyyətini tam olaraq dərk edə bilmirdim. Lakin iştirak etmək mənə maraqlı gəlirdi. Bu yarışdan sonra atıcılığa marağım daha da artdı. Universiteti bitirdikdən sonra ilyarım işləməli idik. Saat 9-dan 6-ya kimi işləyirdim. Daha sonra isə məşqçinin tapşırığı ilə zalda məşqlərə qoşulurdum. Artıq gördüm ki, məndə bu iş alınır. Bundan sonra öz üzərimdə işləməyə başladım. Bir çoxları üçün idman rahat gələ bilər. Düşünə bilərlər ki, artıq onların yaxşı şəraiti var. Amma bilmirlər ki, buna hansı əziyyətlərlə nail oluruq. 1985-ci ildə Meksikaya dünya çempionatına yollandım. Bundan əvvəl isə "İdman ustası" adına layiq görülmüşdüm. Uğur qazanmaq istəyirdim. Turnirin məsuliyyətini dərk edirdim. Şükürlər olsun ki, komanda hesabında birinci olduq. Özüm isə gümüş medal qazandım. İdmanın içinə daxil olduqdan sonra çıxmaq çətin olur. Məndə də belə oldu. Bizimlə xüsusi olaraq məşğul olurdular. Yeməklərimizə fikir verirdik. Ziyanlı şeylərdən uzaq dururduq. Bunu indi öz tələbələrimə də məsləhət görürəm.

- Əksər idmançıların kumiri olur. Bəs, sizin necə, rəğbət bəslədiyiniz idmançı varmı?

- Heç vaxt kumirim olmayıb. Kiməsə baxıb nəsə etməmişəm. Ya da özümü hansısa şəxsə bənzətməmişəm.

- 1985, 1998, 2002-ci illərdə dünya çempionatlarında gümüş, 2004-cü ildə isə Yunanıstanın Afina şəhərində keçirilmiş XVIII Yay Olimpiya Oyunlarında bürünc medal qazanmısınız. Həmin turnirlərdə birinci yeri tutmağınıza nə mane olmuşdu?

- Yəqin, haradasa səhvim olub ki, qızıl medal qazana bilməmişəm. Olimpiya Oyunlarında çox yaxşı irəliləyirdim. Birinci idim, sadəcə, xırda səhvlər məni 8-ci pilləyə atdı. Hətta birində silah sözümə baxmadı. Finaldakı çıxışım zamanı güllə tez açıldı. Məyus olmuşdum. Lakin üçüncü olmağı bacardım. Allahın qisməti bu imiş.

- Atıcılıqdan başqa hansı idman növləri ilə maraqlanırsınız?

- Olimpiya Oyunlarında bizim güləşçi və boksçularımızı yaxından izləmişdim. Həyəcanverici olmuşdu. Bu idman növlərində yüksək inkişafa nail olmuşuq. Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatlarına baxıram. Azarkeşlik etdiyim yığma Almaniya komandasıdır.

- İndiyədək hamı kimi sizin də həyatınızda, yəqin ki, maraqlı hadisələr olub. Onlardan ən yaddaqalanını danışa bilərsiniz?

- Düzünü desəm, yaşadığım hadisələri beynimdə saxlamırdım. Çünki bu, mənə çıxışım zamanı mənfi təsir edə bilərdi. Amma biri yadımdadır ki, SSRİ çempionatına getmişdik. Yarışdan bir gün əvvəl məskunlaşacağımız yerə çatdıq. Amma yer olmadığı üçün gecəni qarajda keçirdik. Başqa otaqlardan yorğan-döşək alıb, idman formasında yatdıq.

- Karyeranız ərzində özünüzü baş məşqçi kimi, yoxsa idmançı kimi daha uğurlu hesab edirsiniz?

- Hər dövrün öz ləzzəti var. Əlbəttə, indi düşünürəm ki, cavan olsaydım, bəlkə də yeni nailiyyətlər qazanardım. İndi də məşqçilik karyeramdan zövq almaq istəyirəm.

- İdmançı ailəsi olmaq necədir?

- Çətin prosesdir. Həmin dövrdə dolanışığımız istənilən səviyyədə deyildi. Yoldaşım, qucağında Ruslan, mən və qızım səhər məşqləri edirdik. Talonla ət, yağ alırdıq. Qızım da yarışlara gedirdi. Lakin maliyyə baxımından uyğun olmadığı üçün davam etmədi. Biz də narahat olurduq. Övladlarımızın təhsil almalarını istəyirdik. Ruslanı əvvəl cüdoya yazdırmışdım. Lakin ona idman üçün verdiyim pulu internet klublarda xərcləyirdi. Daha sona özümüz onunla məşğul olmağa başladıq. Peşə seçməklə bağlı qərar verməkdə çətinlik çəkirdi. Uşaqlar arasında nizam-intizamı qorumaq önəmli idi. Sonra Ruslan Azərbaycan İdman Akademiyasına qəbul oldu. Oranı bitirdikdən sonra hərbi xidmətə yola düşdü. Artıq qayıdanda hansı sahə ilə məşğul olacağını tam olaraq bilirdi.

- Ömrünüzün böyük hissəsini idmana həsr etdiyinizə görə nə vaxtsa peşman olmusunuz?

- Heç vaxt peşman olmamışam. Həyata ikinci dəfə gəlsəm, yenə də atıcılıqla məşğul olaram.

- Oğlunuz Ruslan Lunyov Olimpiya Oyunları istisna olmaqla, digər yarışlarda uğurlu nəticə qazana bilir. Sizcə, onun Olimpiadalarda medalsız qalmasının səbəbi nədir?

- Yəqin ki, anası kimi 46 yaşında titul qazanmaq istəyir (gülür). İdmanda istənilən nəticə ilə rastlaşmaq olur. Hər yarışda “medalçılar sırasında olacaqsan” deyə bir qanun yoxdur. Ruslanın üzərində çox əziyyət çəkmişik. Ümid edirəm ki, gələcək turnirlərdə uğurlu nəticələr əldə edəcək.

- Hazırda Azərbaycanın gənc atıcıları arasında kimləri gələcəyin uğurlu idmançısı kimi görürsünüz?

- Gənclər kateqoriyasında çıxış edən Vladislav Kalmıkovun gələcəyini parlaq görürəm. O, xarakter olaraq da yaxşı insandır. Belə davam etsə, beynəlxalq yarışlarda uğurlu nəticələr qazana bilər. Leyli Əliyeva da istedadlıdır. Sadəcə, qızlarda hər şey fərqlidir. Bir çoxu idmanı yarıda atıb, ailə həyatı qurur. Məsələn, mənim yoldaşım da idmançı olub. Bir-birimizi yaxşı anlayırdıq. Məşqdə və ya istirahət etdiyim zaman yoldaşım Vladimir Ruslana baxırdı. Hamıda belə olmur.

- Gənclər arasında Dünya Kubokunda Azərbaycanı Leyli Əliyeva və Vladislav Kalmıkov təmsil edəcəklər. Onlar tapança ilə 10 metr məsafədən atəş açmada mübarizə aparacaqlar. İdmançıların şanslarını necə qiymətləndirirsiniz?

- Onlar finala vəsiqə qazanmalıdırlar. İnanıram ki, uğurlu nəticə əldə edəcəklər. Bu il gənclər arasında son yarışlarını keçirəcəklər. Artıq növbəti il böyüklər arasında mübarizə aparacaqlar.

İradə Aşumova: Afina Olimpiadasında silah sözümə baxmadı, güllə tez açıldı - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub