İrakli Kobaxidze: “Gürcü Arzusu” dördüncü dəfə ölkədə inqilabın qarşısını aldı
Tbilisi, 17 dekabr, AZƏRTAC
Bu gün radikal müxalifət xarici havadarlarının da köməyinə baxmayaraq 800-dən çox adamı etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da. Bununla da italyanlıların dediyi kimi, “komediya bitdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı.
“Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! “Finita la commedia” italyanların dediyi kimi”, – deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]