İran-Azərbaycan əlaqələrinin böyük perspektivləri var
Tehran, 17 noyabr, AZƏRTAC
İran və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivləri var. Xalqlarımız ortaq tarixə və adət-ənənələrə malikdir.
Bu sözləri İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edərkən deyib.
İran IRINNs televiziyasına verdiyi müsahibədə M.Nəhavəndiyan deyib ki, Bakıda aparılan danışıqlarda nəqliyyat, ticarət, gömrük, bank sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi haqqında razılıq əldə edilib. Ən əhəmiyyətli razılaşma isə İran dəmir yalları sisteminin Azərbaycan dəmir yolları sisteminə birləşdirilməsi ilə bağlıdır. İran Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilər. Artıq rəsmi Bakı ilə Tehran bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]