İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR
İnqilabdan ötən dövrdə ölkəsinin keçdiyi inkişaf yolundan danışan Ə.Süleymani, bu illər ərzində İranın müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafını qeyd edən diplomat, İran ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirmişdir.
Səfir, ötən il Azərbaycan ilə İran arasında mal dövriyyəsi həcminin 450 milyon ABŞ dollarından çox olduğunu demişdir. İki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq istiqamətində müxtəlif sənədlər imzalanmış və bu sahədə iş hazırda da davam etdirilir.